"20 yanvar faciəsi təkcə ölkəmizdə yox, həm də bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edilir" - DEPUTAT

"20 yanvar faciəsi təkcə ölkəmizdə yox, həm də bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edilir" - DEPUTATSSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi Qanlı Yanvar faciəsindən artıq 35 il ötür. Bu faciəni azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, habelə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin davamı kimi qiymətləndirə bilərik. 20 Yanvar faciəsi xalqımızın ömürlük yaddaşına həkk olunmuş və bağışlanılması mümkün olmayan bir hadisədir.

20 yanvar günü Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Ölkəmizin azadlığı və müstəqilliyi naminə böyük bir ordunun, ağır texnika və artileriyanın qarşısına əliyalın çıxan Azərbaycan oğul və qızları 20 yanvar hadisəsində bir daha xalqımızın mərd, qorxmaz və şüacətli olduğunu nümayiş etdirmiş, özlərinin həlak olacaqlarını bilə-bilə vətənin qorunması üçün geri addım atmadan öz canlarını fəda etmişlər.

Ümummilli Lider Heydər Əliyev əbəs yerə qeyd etməmişdir ki, "biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub".

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə paytaxt Bakı və digər rayonlarına yerləşdirilən və tərkibində erməni zabit və əsgərlər olan 66 min nəfərlik ordu ağır texnikalardan və müxtəlif tipli silahlardan Azərbaycan xalqını atəşə tutularaq kütləvi şəkildə qətlə yetirmişdir.

Məqsədyönü olaraq planlaşdırılmış qanlı hadisənin törədilməsi üçün Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunlarının Azərbaycana daxil olması və ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi barədə əhali qabaqcadan xəbərdar edilməmişdir. Bu məkirli planın reallaşması üçün Azərbaycanda Fövqəladə vəziyyətin tətbiqindən öncə hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Yanvarın 19-dan 20-nə keçən gecə kütləvi insan qırğını törədildikdən sonra səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı V.Dubinyak fövqəladə vəziyyətin tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, ölkədə yanvarın 20-də saat 00:00-dan başlanmış hərbi əməliyyatlar zamanı tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desantlar çıxarılmışdır.

1990-cı il 20 yanvar hadisəsi zamanı Respublikada ümumilikdə 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlaklar məhv edilmişdir. Azərbaycanda fövqəladə vəziyyət elan edildikdən sonra da yanvarın 20-dən sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüş, fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda insanlar qətlə yetirilmişdir.

1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Sovet hakimiyyətinin "20 Yanvar" əməlinə etirazını bildirdi, bu faciəyə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etmişdir. Bundan başqa Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edilmişdir.

Daha sonra xalqı bu böhran vəziyyətindən çıxarmaq üçün hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il martın 29-da "20 yanvar" faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verilmişdir. Milli Məclisin qəbul etdiyi həmin Qərarda 20 yanvar faciəsinin günahkarları konkret qeyd olunmuş, bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir. Qərara əsasən, həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirilmiş, Şəhidlər xiyabanında "Əbədi məşəl" abidə-kompleksi ucaldılmış, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilmiş, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilmişdir.

Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisəsinə xüsusi diqqəti sayəsində onun Fərmanı ilə 1998-ci ildə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilmişdir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutumuş, həmin hadisə zamanı həlak olan şəhidlərin ailələrinə xüsusi diqqət və qayğısını hər zaman nümayiş etdirmişdir.

Ölkə başçısının tapşırığı ilə Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Bundan başqa, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşmış, həmçinin Prezidentin "20 Yanvar" şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Eyni zamanda cənab Prezidentin diqqət və qayğısı nəticəsində ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 143 mənzil və 100-ədək avtomobil təqdim edilmişdir.

Azərbaycan xalqı öz mübariz övladlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. 20 yanvar faciəsi təkcə ölkəmizdə yox, həm də bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən yad edilir. Bu hal isə bir daha Azərbaycan xalqının birliyini, həmrəyliyini və ölkəmizə bağlılığını təcəssüm etdirir.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1173   Tarix: 17 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr