İlham Əliyev Ərdoğana zəng edib, başsağlığı verib
Prezident İlham Əliyev yanvarın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Sonxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı verib.
O, bu dəhşətli faciədə həlak olanlara Uca Allahdan rəhmət diləyib və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb.
Prezident İlham Əliyev yanvarın 21-də faciə ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə başsağlığı məktubu göndərdiyini də qeyd edib.
Türkiyə Prezidenti diqqətə və başsağlığına görə minnətdarlığını bildirib və qeyd edib ki, Türkiyə və Azərbaycan daim bir-birilərinin yanındadırlar, bundan sonra da həmişə belə olacaqdır.
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıblar.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1326 Tarix: 23 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev: "Bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq"
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iqtisadi sahədə ölkəmiz üçün prioritet istiqamətləri açıqlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə prioritet sahəni qeyd edən dövlətimizin başçısı bildirib:. "İlk növbədə, bərpaolunan enerjidir
26 sentyabrAzərbaycanın yeni investisiya modeli - Yaşıl enerji
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi. Prezident İlham Əliyevin himayəsi altında keçirilə
28 sentyabrAzərbaycanın iqtisadi potensialı artmaqdadır
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun, ölkənin investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsind
28 sentyabrBakıdan dünyaya açılan imkanlar
Dünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu. Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanı
28 sentyabrRəcəp Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi
Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti Azərbaycanda Anım Gün
28 sentyabr