Bakıdan dünyaya açılan imkanlar

Bakıdan dünyaya açılan imkanlarDünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu.
Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanın müxtəlif ölkələrindən investorları, maliyyə institutlarını və biznes dairələrini bir araya gətirdi. Forumda yalnız mövcud imkanlar deyil, həm də dəyişən qlobal iqtisadi mühitdə yeni investisiya istiqamətləri, regional əməkdaşlıq və Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən iqtisadi bağlantılardakı rolu müzakirə olundu. Beləliklə, iki gün ərzində Bakıda səslənən fikirlər və imzalanan sənədlər Azərbaycanın investisiya gündəliyinin yeni mərhələsinə dair mühüm mesajlar verdi.
Qlobal iqtisadi münasibətlərin yeni reallıqlarla üz-üzə qaldığı, təchizat zəncirlərinin yenidən formalaşdığı bir vaxtda investisiya üçün etimad və sabitlik xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev forumun iştirakçılarına müraciətində bu məqama diqqət çəkərək qeyd edib: "Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir". Məhz bu, Bakıda keçirilən forumun əsas müzakirə xəttini də müəyyənləşdirib. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bugünkü investisiya gündəliyi yalnız kapital qoyuluşlarının həcmi ilə məhdudlaşmır. Söhbət, eyni zamanda, yeni iqtisadi bağlantıların qurulmasından, regional dəyər zəncirlərinin formalaşdırılmasından, enerji və nəqliyyat layihələrinin genişləndirilməsindən, rəqəmsal texnologiyaların tətbiqindən və "yaşıl keçid"in maliyyələşdirilməsindən gedir.
Forumun ilk günündə bu istiqamətlərin hər biri üzrə ayrıca müzakirələr aparıldı. Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu, Orta dəhlizin inkişafı, ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı və yeni bağlantı imkanları, regional enerji əlaqələri, "yaşıl enerji", süni intellekt, rəqəmsal transformasiya, kapital bazarları və beynəlxalq maliyyə əməkdaşlığı əsas mövzular sırasında yer alıb. Kənd təsərrüfatı, əczaçılıq, su ehtiyatlarının idarə olunması, maliyyə sektoru və investisiyaların təşviqi isə gündəliyin digər mühüm istiqamətlərini formalaşdırıb.
Forumun investisiya gündəliyinin genişliyi konkret razılaşmalarda da öz əksini tapdı. İki gün ərzində müxtəlif sahələri əhatə edən əməkdaşlıq və investisiya sənədlərinin imzalanması müzakirələrin real layihələrlə tamamlandığını göstərdi. Tədbir çərçivəsində ümumilikdə 23 sənəd imzalanıb. Bu sənədlərin əhatə etdiyi investisiya layihələrinin ümumi dəyəri 10,8 milyard dollar təşkil edir. Rəqəmin miqyası ilə yanaşı, diqqətçəkən məqam investisiya portfelinin şaxələnməsidir.
Beləliklə, Bakıda iki gün davam edən müzakirələr yalnız investisiya imkanlarının təqdimatı ilə yekunlaşmadı. Forumun nəticələri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə beynəlxalq kapitalın və yeni texnologiyaların cəlb olunması, xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin reallaşdırılması baxımından konkret göstəricilərlə ifadə olundu.
Bu baxımdan enerji sektoru forumun investisiya gündəliyində xüsusi yer tutdu. Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlığa dair sənədin imzalanması ölkənin bərpaolunan enerji potensialının beynəlxalq investorlar üçün yaratdığı imkanları bir daha gündəmə gətirildi.Regional enerji bağlantıları və "yaşıl keçid"lə bağlı panel müzakirələrində isə bərpaolunan enerjiyə investisiyaların artırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və Azərbaycanın regional enerji bağlantılarındakı rolu diqqət mərkəzində saxlanıldı.
Əczaçılıq sahəsində də konkret əməkdaşlıq istiqaməti formalaşdı. Slovakiyanın "Saneca Pharmaceuticals" şirkəti ilə Azərbaycanda əczaçılıq məhsullarının istehsalına dair anlaşma memorandumunun imzalanması bu sektorun da yeni investisiya imkanları sırasında yer aldığını göstərdi. Bununla yanaşı, su sayğaclarının istehsalı imkanlarının araşdırılması üzrə SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və BƏƏ-nin "Esyasoft Technologies" şirkəti arasında üçtərəfli anlaşma imzalandı.
Beləliklə, forum çərçivəsində ortaya çıxan layihələr Azərbaycanın investisiya gündəliyinin yalnız enerji və ənənəvi sənaye ilə məhdudlaşmadığını göstərdi. "Yaşıl enerji", yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, aqrar istehsal, əczaçılıq və su təsərrüfatı kimi sahələrin eyni investisiya platformasında bir araya gəlməsi iqtisadiyyatın yeni inkişaf istiqamətlərinin daha geniş çərçivədə formalaşdığını nümayiş etdirdi.
Forumun investisiya gündəliyində əsas xətlərdən biri də kapitalın yalnız maliyyə resursu kimi deyil, yeni texnologiya, innovasiya və təcrübə gətirən tərəfdaşlıq vasitəsi kimi qiymətləndirilməsi idi. Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində bu yanaşmanı belə ifadə edib: "İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır. Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda, Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk."
Qeyd edək ki, bunlar forumda müzakirə olunan layihələrin istiqamətlərində də öz əksini tapdı. Enerjidən rəqəmsal texnologiyalara, sənayedən kənd təsərrüfatına qədər müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının gündəmə gətirilməsi investisiya siyasətinin daha geniş iqtisadi hədəflərlə əlaqələndirildiyini göstərdi.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 74   Tarix: 28 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür

2020-ci il 27 sentyabr tarixi Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanl

25 sentyabr
.

Azərbaycan qlobal bağlantıların mərkəzində

Qlobal iqtisadi münasibətlərin yeni mərhələsində Azərbaycan investisiya qəbul edən ölkə olmaqla yanaşı, kapitalın, texnologiyanın, enerjinin və ticarət axınlarının birləşdiyi mühüm regional platformaya çevrilməsi ilə diqqət çəkir. Dünya iqtisadiyyatında son illər baş verən proseslər də investisiyaları

28 sentyabr
.

Bakıdan dünyaya açılan imkanlar

Dünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu. Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanı

28 sentyabr
.

Azərbaycan Prezidenti: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

"Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazdadır, amma Mərkəzi Asiya regionunda tamhüquqlu üzv olduq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Əlbəttə ki, idarəçilik, inzibatçılıq

26 sentyabr
.

İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO+YENİLƏNİB

Sentyabrın 26-da Bakı şəhər halqasında "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışı izləyiblər. Qeyd edək ki, "Formula-1" Azərbayca

26 sentyabr
.

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - FOTO

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlar

26 sentyabr
.

Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

25 sentyabr
.

Prezident: "Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər"

"Bir çox aparıcı beynəlxalq şirkətlər iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib. Dövlətimizin başçıs

26 sentyabr
.

İlham Əliyev Tokayevə başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəc

26 sentyabr