Orxan Əsgərovun atası: "Oğlumun qatilinin edamında iştirak edəcəyəm"
"Oğlumun qatilinin edamında iştirak edəcəyəm".
Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib.
O vurğulayıb ki, edamla bağlı qərar sayəsində az da olsa, təskinlik tapıb.
"İki ildir bu hökmün verilməsini gözləyirdik. Nəhayət, bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, qatilin ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Ağrı hər zaman ürəyimizdə qalacaq. Sadəcə, övladımın qatili layiqli cəzasını alıb deyə insanın ürəyində bir az yüngüllük hissi yaranır. Hökmün nə zaman icra olunacağı bu ölkənin hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, bizə məlumat veriləcək".
R.Əsgərov oğlunun qatilinin edamını izləmək üçün İrana gedəcəyini deyib:
"Oğlumun qatilinin edamında iştirak edəcəyəm. Mən yenə deyirəm, qatil edam olunarkən onun gözlərinin içinə baxmaq istəyirəm. Ən böyük arzum budur. Qoy, o, hər bir əməlin bir hesabı olduğunu və bunu ödəməli olduğunu anlasın".
Orxanın atası qatilin əfvi ilə bağlı hər hansı müraciət ediləcəyi təqdirdə, nə qərar verəcəyindən də danışıb:
"Mən bir kənara dururam. Hansı valideyn onu əfv edər? Ən aşağı səviyyəli insan belə övladının qatilini əfv etməz. Özü də bu dövlətə qarşı terror törədib, səfirliyə girib, insanların hamısını qırmaq fikrinə düşüb. Onu əfv etmək olar? Onun bir cəzası var, o da edamdır!"
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun barəsində 2024-cü ilin fevral ayında edam hökmü çıxarılıb.
Xatırladaq ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Telefonunuzun ekranında "n" hərfi görünür? - Çoxlarının bilmədiyi funksiya
"Laser Beauty CLINIC"də "estetik kosmetoloq" kimi fəaliyyət göstərən Ramilə Əlizadə ilə bağlı iddialar
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
Jurnalist Əvəz Zeynallının dəfn yeri bilindi
Prezident bəzi şəxslərə xüsusi və ali hərbi rütbələr verdi - SİYAHI
Sabiq nazir qardaşı oğlunu vəzifədən azad etdi
Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
Bu ərazidə su olmayacaq - Xəbərdarlıq
10 milyonluq əməliyyatın nəticəsi - Ebru Gündeşin son halı gündəm oldu
Səhrada tapılan daş 5,3 milyon dollara satıldı
SON DƏQİQƏ: Kiyev yaxınlığında azərbaycanlıların olduğu bazara DRON HÜCUMU: Ölən və yaralananlar var
Azərbaycanda zavodda YANĞIN: Bir neçə rayondan yanğınsöndürənlər çağırıldı
Sabunun məişətdə 10 faydalı istifadə üsulu