Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağına çevrilib

Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağına çevrilib"Yanvarın 28-də keçirilən müşavirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhəri və ətraf ərazilərdəki nəqliyyat infrastrukturunun inkişafı məsələlərinə həsr olunub".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, müşavirədə müzakirə edilən əsas mövzulardan biri nəqliyyatın daha səmərəli, sürətli və təhlükəsiz şəkildə idarə edilməsi, həmçinin yeni layihələrin həyata keçirilməsi olub:

"Bu kimi təşəbbüslər ölkənin ümumi inkişafı üçün mühüm əhəmiyyət daşıyır.Prezident İlham Əliyev çıxışında Bakı şəhərindəki tıxaclarla bağlı mövcud vəziyyəti vurğulayıb və bu problemin həlli üçün əlavə tədbirlərin zəruriliyini qeyd edib. Bu, paytaxtda hərəkətin daha səmərəli təşkili və vətəndaşların rahatlığının təmin edilməsi üçün əlavə addımların atılmasının vacib olduğunu göstərir. Prezidentin vurğuladığı bu məsələlər həm də gələcəkdə daha effektiv nəqliyyat sisteminin qurulmasına yönəlik müsbət dəyişikliklərə işarə edir.

Azərbaycanın coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizləri üçün əlverişli olmaqla yanaşı, Azərbaycan bu potensialdan səmərəli istifadə edir. Dövlətimizin Avrasiyanın mühüm nəqliyyat mərkəzlərindən birinə çevrilməsi Azərbaycanın beynəlxalq ticarət və nəqliyyat sahəsindəki mövqeyini daha da gücləndirir, Azərbaycanın iqtisadi inkişafına müsbət təsir göstərir, həm regional, həm də qlobal iqtisadi əlaqələrin genişlənməsinə imkan yaradır.
Müşavirədə Prezident İlham Əliyev Bakı şəhərindəki nəqliyyat məsələlərinə dair dövlət proqramının hazırlandığını və növbəti böyük proqramın qəbul edilməsinin faydalı olacağını qeyd edib. Bu proqram şəhərin nəqliyyat sisteminin daha da inkişaf etdirilməsi, tıxacların azaldılması, vətəndaşların rahatlığı və şəhər daxili hərəkətin daha səmərəli təşkili məqsədini daşıyır. Bu cür tədbirlər nəqliyyat infrastrukturunun müasir standartlara uyğunlaşdırılmasına və Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzi kimi rolunun gücləndirilməsinə xidmət edir. Bu addımlar yerli sakinlərin və xarici qonaqların şəhəriçi nəqliyyatdan daha effektiv və rahat istifadə etmələrinə şərait yaradacaq".

Deputat vurğulayıb ki, son illər ərzində ölkə üzrə həyata keçirilən genişmiqyaslı nəqliyyat layihələri, kənd yollarının, şəhərlərarası və magistral yolların çəkilməsi ilə ölkənin nəqliyyat infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib:

"Şəhər və regionlar arasında müasir yollarla əlaqə yaradılıb, bütün sərhədlər müasir avtomagistrallarla birləşdirilib və kənd yollarının təmiri ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə edilib. Kənd yollarının təmir və salınma dərəcəsi təqribən 85-90 faizə çatıb və bu məqsəd üçün hər il müvafiq vəsait ayrılır. Bu tədbirlər nəinki əhalinin həyat keyfiyyətini artırır, həm də ölkənin iqtisadi və sosial inkişafına töhfə verir.

Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib, 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid inşa olunub. İşğaldan azad edilmiş ərazilərdəki nəqliyyat layihələri sürətlə həyata keçirilir. Hazırda 3400 kilometrə yaxın avtomobil yolu layihəsi icra olunub və ya icra edilməkdədir. Bununla yanaşı 45 tunel, 447 körpü və 16 viaduk nəzərdə tutulub, bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi artıq tamamlanıb. Azad edilmiş ərazilərdəki dəmir yolu layihələri də sürətlə irəliləyir. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi, Bərdə-Ağdam dəmir yolunun isə 94 faizi inşa edilib.

Azərbaycan coğrafi mövqeyindən səmərəli istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçməsini təmin edib. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağına çevrilib. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız və onun müasir nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda ölkə ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Bu həcmin daha səmərəli şəkildə idarə edilməsi üçün yalnız fiziki infrastrukturla kifayətlənilmir, həm də rəqəmsallaşma məsələlərinə xüsusi diqqət yetirilir. Eyni zamanda qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılıb və müştərək müəssisələr qurulub. Bu addımlar, Azərbaycanın beynəlxalq ticarət və nəqliyyat sahəsindəki mövqeyini gücləndirir, regiondakı iqtisadi əlaqələri daha da inkişaf etdirir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1093   Tarix: 03 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr