Paşinyan sülh müqaviləsinə dair təkliflərini AÇIQLADI

Paşinyan sülh müqaviləsinə dair təkliflərini AÇIQLADI"Sülh müqaviləsi danışıqlarında razılaşdırılmayan iki bənddən biri Ermənistan və Azərbaycan zərhədində üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlıdır".

Sonxeber.az modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru, səfir Con Herbstlə müsahibəsində deyib.

"Azərbaycan Avropanın mülki müşahidə missiyasına istinad edərək, sərhəddə üçüncü tərəfin qüvvələrinin yerləşdirilməsinə qadağa tətbiq olunmasını təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə alırıq və öz təklifimizi irəli sürmüşük, bu da həmin bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutur. Yəni, əgər biz bu ərazini demarkasiya etmişiksə, bu o deməkdir ki, orada üçüncü tərəf qüvvəsi olmamalıdır. Beləliklə, biz öz təklifimizi yazılı şəkildə təqdim etmişik və Azərbaycanın cavabını gözləyirik", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsinin razılaşdırlmayan digər bəndi hüquqi orqanlarda bir-birindən edilən şikayətlərlə bağlıdır.

"İdeya budur ki, bütün bu şikayətlər geri götürülsün. Ümumiyyətlə, biz də bu fikrin əleyhinə deyilik, amma təklifimiz ondan ibarətdir ki, nəinki bu şikayətlər ləğv edilsin, həm də ikitərəfli münasibətlərdə bu məsələlər gündəmə gətirilməsin. Əks halda, qəribə vəziyyət yarana bilər, tutaq ki, məsələ beynəlxalq strukturun prosesindən çıxarılır, amma tərəflərdən biri onu ikitərəfli münasibətlər masasına gətirməyə çalışır və bu məsələdən istifadə edərək gərginliyin artmasına səbəb olur.

Biz də bütün şikayətlərin geri çəkilməsinin əleyhinə deyilik. Biz təklif edirik ki, münaqişə ilə bağlı gələcək müzakirələrə son qoyulsun və yeni və təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni dövr açılsın.

Əgər fikir vermisinizsə, bu o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var. Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşdılar.

Əgər fikir vermisinizsə, bu o deməkdir ki, biz razılaşmışıq ki, sülh müqaviləsi layihəsində Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur və gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Bu, əslində gələcək sülhün təməl daşıdır və ətrafında hər şey razılaşdırılır. Mən bunu niyə deyirəm, çünki bu, sülhün mövcud olduğunu açıq şəkildə göstərir və indi yalnız sülh müqaviləsi layihəsini başa çatdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır", - Ermənistanın baş naziri bildirib.

Nikol Paşinyan Atlantik Şurada çıxışı zamanı Ermənistan Respublikası hökumətinin xarici siyasətini təqdim edib.

"Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizdən danışıram. Bizim daha iki sərhədimiz var - Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox önəmlidir, əməkdaşlıq edirik, iki qonşumuz Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik", - baş nazir qeyd edib.

"Əvvəlki illərdə biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etmişik. Hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və biz indi bu müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik və hələlik yekun razılığa gəlmədiyimiz iki məqam var. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq. Əlbəttə ki, biz Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin davamlı sülhə nail olmaq üçün lazımi mühitin yaradılmasında şübhəsiz ki, beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı", - Paşinyan deyib.

"Türkiyə ilə kifayət qədər fəal dialoqumuz var. Son illərdə Türkiyə Prezidenti ilə bir neçə görüş keçirmişəm, Türkiyə Prezidentinin andiçmə mərasimində iştirak etmişəm, biz bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmüşük və sərhədlərimizin birinci mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı çox konkret razılaşmamız var. Ümid edirik ki, bu sazişi ən qısa zamanda həyata keçirəcəyik. Biz bu istiqamətdə işləyirik.

Digər tərəfdən, biz digər regional tərəfdaşlarla, yəni Gürcüstan və İranı nəzərdə tuturam, əməkdaşlığı dərinləşdiririk. Təbii ki, bizim qonşularımızla münasibətləri dərinləşdirməyə mane olan beynəlxalq vəziyyət mövcuddur və bu hallar hamıya məlumdur, mən bunları demirəm.

Amma hesab edirəm ki, biz bütün bu halları nəzərə almağa, digər tərəfdən qonşularımızla münasibətləri inkişaf etdirməyə nail oluruq. Əlbəttə, ümid edirik ki, biz Azərbaycanla sülh müqaviləsinin hazırlanmasını başa çatdırıb onu imzalayanda, eləcə də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olanda regional vəziyyətimizdə sıçrayış olacaq. Bu da nəinki regional vəziyyəti tamamilə dəyişəcək, həm də hesab edirəm ki, beynəlxalq vəziyyətə çox nəzərəçarpacaq və əhəmiyyətli təsir göstərəcək", - Paşinyan bildirib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1486   Tarix: 05 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıdan dünyaya açılan imkanlar

Dünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Son iki gün Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında quruldu. Azərbaycanın evsahibliyi etdiyi II Beynəlxalq İnvestisiya Forumu dünyanı

28 sentyabr
.

"Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlığa qarşı sosial mediada əsassız iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılır. xəbər verir ki, "Haber Global"da yayımlanan süjetdə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönələn sosial media paylaşımlarından bəhs olunub

27 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

27 sentyabr
.

Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır

27 sentyabr
.

"Global Infrastructure Partners"in təsisçisi: "Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim"

"Azərbaycanda ÜDM 10 dəfə artaraq 76 milyard manata çatıb. Adambaşına düşən ÜDM isə 8 dəfə artıb. Ölkədə yoxsulluq dərəcəsi 45 faizdən 5 faizədək düşüb. Həmçinin Azərbaycanın iqtisadiyyatı olduqca yüksək sürətlə inkişaf edib". AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri II Azərbaycan Beynəlxal

26 sentyabr
.

Məhz İnvestisiya Forumunda iqtisadi artımın təməli qoyulur

Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarını dünyanın aparıcı investorlarına təqdim edən mühüm beynəlxalq platformadır. Çünki hazırda dünyada investisiya uğrunda mübarizə gedir, hər bir ölkə çalışır ki, xarici investorlar

28 sentyabr
.

Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlar

28 sentyabr
.

Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir

Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən ll Azərbaycan Beynəlxalq İnvestisiya Forumu sosial-iqtisadi sahə ilə bağlı dövlət siyasətinin əsas prioritetlərinin həyata keçirilməsinə xidmət edir. Bu cür mötəbər tədbirin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti "Azərbaycan Beynəlxalq İnvestisiy

28 sentyabr
.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

İsrail Baş nazirinin BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi. Türkiyə və Azərbaycan qardaşlığına kölgə salmaq istəyənləri yenidən hərəkətə keçirib. Bu məqamı bəhanə edilərək Türkiyə mediasının bir hissəsi tərəfindən süni şəkildə nifa

28 sentyabr