Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilibAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib.

Sonxeber.az President.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.

Təsdiq olunmuş struktura görə, Dövlət Agentliyinin Aparatının işçilərinin say həddi 214 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 105 ştat vahidi müəyyən edilib.

Agentlik İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı təsdiq edilənədək Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumlar fəaliyyətini davam etdirirlər və onların strukturu, işçilərinin say həddi, vəzifə maaşları, əməyin ödənilməsi sistemi, xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri bu Fərmanın 5.1-ci bəndi icra olunanadək dəyişməz qalır.

Ölkədə dövlət əyar nəzarətini və qiymətli metalların, qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi, habelə emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətini, həmçinin emal edilməmiş almazın idxalına və ixracına rəy verilməsini Agentlik bilavasitə və tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir.

Nazirlər Kabinetinə tapşırılıb ki, Agentliyin təklifləri əsasında, onun strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını iki ay müddətində təsdiq edib Prezidentə məlumat verilməsini təmin etsin. Bununla yanaşı, "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanı ilə ləğv edilmiş Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin əmlakının Agentliyin balansına verilməsi üç ay müddətində təmin edilməlidir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1354   Tarix: 12 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "30 ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür"

"Azərbaycanda çox önəmli bir amil siyasi və iqtisadi sabitlikdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə səsləndirib. Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanda artıq 30 ildən ço

26 sentyabr
.

Meloni İlham Əliyevə təşəkkür edib

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarına gəlib. "Report"un xəbərinə görə, bu barədə İtaliyanın Baş nazir

28 sentyabr
.

İlham Əliyev: "Bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq"

Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iqtisadi sahədə ölkəmiz üçün prioritet istiqamətləri açıqlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, bir neçə prioritet sahəni qeyd edən dövlətimizin başçısı bildirib:. "İlk növbədə, bərpaolunan enerjidir

26 sentyabr
.

Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

"Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir. Bu da yerli və xarici investisiyalar üçün gözəl bir fürsətdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə söyləyib. "Gücl

26 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

27 sentyabr
.

Azərbaycanın iqtisadi potensialı artmaqdadır

Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın qlobal iqtisadi proseslərdə artan rolunun, ölkənin investisiya imkanlarının və qarşıdakı inkişaf prioritetlərinin müzakirəsi baxımından mühüm platforma oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum çərçivəsind

28 sentyabr
.

İlham Əliyev Tokayevə başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. "Qafqazinfo" xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəc

26 sentyabr
.

İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr - Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

27 sentyabr
.

Azərbaycanın yeni investisiya modeli - Yaşıl enerji

Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi. Prezident İlham Əliyevin himayəsi altında keçirilə

28 sentyabr