Azərbaycanın keçmiş səfiri seksual hərəkətlərə görə Britaniyada HƏBS OLUNDU

Azərbaycanın keçmiş səfiri seksual hərəkətlərə görə Britaniyada HƏBS OLUNDUAzərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Çeşirdə (Britaniyanın şimal qərbində yerlən Çeşir qraflığı - red.) reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməkdə ittiham olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Londonun "Northwhitch Guardian" nəşri məlumat yayıb.

Həmin məlumatda qeyd olunur ki, keçmiş səfir Çeşirdəki reabilitasiya klinikasında yuxu dərmanlarından asılılıqdan müalicə olunub.

Rafael İbrahimov 2023-cü il dekabrın 5-də sərxoş vəziyyətdə klinikaya gedib, nalayiq ifadələrdən istifadə edib və özünü aqressiv aparıb.

Prokuror Coşua Qorst bildirib ki, R.İbrahimov klinikanın üç qadın əməkdaşına qarşı seksual xarakterli hərəkətlər edib.

Norveç və İsveçdə də səfir vəzifəsində çalışmış Rafael İbrahimov ona qarşı irəli sürülən cinayət işinin beş bəndi üzrə təqsirini etiraf edib.

Nəticədə hakim Rafael İbrahimovu iki il şərti olmaqla 16 ay həbs cəzasına məhkum edib. Üstəlik, R.İbrahimovun adı 10 il müddətində seksual cinayətlər törətmiş şəxslərin siyahısında olacaq.

Xatırladaq ki, Rafael İbrahimov 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və o zamandan etibarən Londonda yaşayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 979   Tarix: 14 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Trampın qolf sevgisi ABŞ-yə milyonlarla dollara başa gəlib

ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf sahələrində keçirdiyi asudə vaxt amerikalı vergi ödəyicilərinə onun yanvarın 20-də Ağ Evə qayıtmasından etibarən 18 milyon dollardan çox vəsaitə başa gəlib. xəbər verir ki, bu barədə "HuffPost" portalı məlumat paylaşıb. Portalın hesablamaların

9 mart
.

ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib

ABŞ-yə məxsus son nəsil nüvə başlıqları Avropaya gətirilib. xəbər verir ki, bu barədə ABŞ və Norveçdəki mənbələrə istinadən İtaliyanın "Fatto Quotidiano" qəzeti məlumat verib. Qeyd olunur ki, məlumatlar silahların yayılmaması və silahlara nəzarət müqavilələrinə əməl olunmasına nəzarət edə

9 mart
.

İlon Mask: "Starlink"i söndürsəm, Ukrayna ordusunun ön xətti çökəcək"

"Starlink" peyk internet sistemi Ukrayna ordusunun özəyidir". xəbər verir ki, bunu amerikalı milyarder və "SpaceX" şirkətinin qurucusu İlon Mask "X" sosial şəbəkə hesabında yazıb. "Mənim "Starlink" sistemim Ukrayna ordusunun özəyidir. Onu söndürsəm, onları

9 mart
.

Suriya təhlükəsizlik qüvvələri "Hizbullah"ı ölkədə sabitliyi pozmaqda ittiham edir

Suriyada sabitliyin pozulmasına görə Livanın "Hizbullah" təşkilatı ittiham olunur. "Report" xəbər verir ki, bu barədə məlumatı "Al Arabiya" telekanalına Suriyanın Latakiya əyalətində təhlükəsizlik qüvvələrinin nümayəndəsi Sacid əd-Dik təqdim edib. "Hizbullah" Aralı

9 mart
.

67 il əvvəl müəmmalı şəkildə yoxa çıxan ailənin avtomobili çaydan çıxdı

ABŞ-ın Oregon ştatında 67 il bundan əvvəl itkin düşən ailəyə aid yeni iz tapılıb. Qaynarinfo xəbər verir ki, 1958-ci ilin 7 dekabrında Milad üçün yaşıllıq toplamaq məqsədilə dağlara gedən beş nəfərlik Martin ailəsi sirli şəkildə yoxa çıxıb. Hadisə həmin dövrdə böyük əks-səda doğurub. 67 il sonra əld

10 mart
.

Dieqo Maradonanı müalicə edən həkimlərin məhkəməsi başlayır

Argentinanın paytaxtı Buenos-Ayresdə Dieqo Maradonanı müalicə edən həkimlərin məhkəməsi başlayacaq. bu barədə "Al-Jazeera"ya istinadən məlumat yayıb. Yeddi tibb işçisi səhlənkarlıq maddəsi ilə ittiham olunur. Günahları sübuta yetirilərsə, onları səkkiz ildən 25 ilə qədər həbs gözləyir. Məhkəm

9 mart
.

Fransadan Ukraynaya 195 milyon avroluq yeni hərbi yardım

"Fransa Ukraynaya 195 milyon avro məbləğində yeni hərbi yardım paketi təqdim edəcək". xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyen Lekornyu "La Tribune Dimanche"yə müsahibəsində deyib. Onun sözlərinə görə, yardım paketi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən faizlə

9 mart
.

Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib

Almaniya gömrük orqanları İsveç vətəndaşından 13 minə yaxın Dubay şokoladı müsadirə ediblər. xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb. Qeyd olunur ki, Çexiyadan Almaniyaya gedən 51 yaşlı kişi şokoladları bəyan etmədən keçirməyə çalışıb. Onun avtomobilində təkcə Dubay şokoladı yox

9 mart
.

Böyük Britaniya kralı DJ oldu

Böyük Britaniya kralı II Çarlz musiqi ilə məşğul oldu. -ın xarici mətbuata istinadən xəbərinə görə, krallığın "Instagram" səhifəsində o, özünün "The King's Music Room" adlı podkastının istifadəyə verildiyini elan edib. Bu, kral üçün bir növ musiqi otağıdır, burada o, sevdiy

10 mart