Binadan yıxıldığı deyilən gəncin intiharına dair ŞOK İDDİA: "Ortada şantaj xarakterli bir şey var"

Binadan yıxıldığı deyilən gəncin intiharına dair ŞOK İDDİA: "Ortada şantaj xarakterli bir şey var""Yazırlar ki, ehtiyatsızlıqdan yıxılıb, amma heç kim uşaq deyil. Gecənin bir aləmi kimsə dama çıxıb ehtiyatsızlıqdan yıxılmır".

Sonxeber.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında ötən gecə intihar edən Qadir Məmmədovun qohumu deyib.

O bildirib ki, Qadir ehtiyatsızlıqdan yıxılmayıb, intihar edib:

"İntihar səbəbi hələ ki dəqiq məlum deyil. Ehtiyatsızlıqdan yıxılmayıb, səhər sübh çağı damda adamın nə işi var? Bu, ehtiyatsızlıq ola bilməz. Onun yanında adamlar olublar, onlardan da izahat alınıb. Hərə bir söz yazır, deyir. Bizim bildiyimiz qədər, ortada şantaj xarakterli bir şey var. Amma tam olaraq nə olduğu barədə məlumatsızıq. Əşyaları, telefonu hər biri istintaqdadır, araşdırma aparıldıqdan sonra ailəsinə məlumat veriləcək.

Doqquzuncu mikrorayondakı binaya gəlməzdən öncə 14 mərtəbəli başqa bir binaya gedib. Orada blokun qapısının kodunu öyrənə bilməyib deyə buraya gəlib. Bu blokun qapı kodunu tapıb, dama çıxıb. Özünü atmazdan qabaq da anası ilə danışıb, halallaşıb".

Qohumu qeyd edib ki, intihar anında onun dostu yanında olub:

"Dostu yanında olub. İzahatı alınıb, buraxılanda danışdıq. Hadisə ilə bağlı ondan maraqlandıq. O deyir ki, Qadir dama çıxmaq istəyəndə tutub saxlayırmış, dama çıxmağa qoymayıb. Bir anda əlindən qaçıb, dama çıxıb. Dostuna zəng gəlib, elə zəngə cavab vermək üçün bir addım qırağa atanda özünü damdan atıb. Binanın həyətində maşın var idi, onun üstünə düşüb, oradan da yerə".

O bildirib ki, Qadir çox mehriban uşaq olub:

"Özü idmançı idi, oxumaqla arası olmayıb. Ancaq idmana gedib, oradan da evinə-eşiyinə gələn biri olub. Yaşına görə çox böyük, özünə hörmət qazanmış, ətrafı geniş uşaq idi. Yaşı az olsa da, gözəl insanlar ilə əhatə olunmuşdu. Xaraktercə qaynayıb-qarışan, öz işində olan biri idi".

***11:10

Sumqayıtda binadan yıxılması barədə xəbər yayılan gənc oğlanın intihar etdiyi məlum olub.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, martın 9-da gecə saat 2 radələrində Corat qəsəbə sakini 2008-ci il təvəllüdlü Qadir Elçin oğlu Məmmədov 9-cu mikrorayonun ərazisində yerləşən yaşayış sahəsindəki binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb.

İntiharın səbəbi məlum deyil.

Araşdırmalar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2512   Tarix: 10 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər (VİDEO)

Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub. Paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb. Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb. Şikayətç

11 sentyabr
.

Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb. APA-nın məlumatına görə, İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasimi barədə polisə daxil olan məlumat dərhal araşdırılıb və tədbirlə

10 sentyabr
.

Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR

"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur

11 sentyabr
.

Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında yeni Baş İdarə yaradılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, yeni yaradılan qurumun adı Fəaliyyətin təşkili və əlaqələndirmə Baş İdarəsidir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Mülki Müdafiə Qoşunlarını

11 sentyabr
.

Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj

Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj

11 sentyabr
.

Oğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA

Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd

11 sentyabr
.

Ali təhsil 3 ilə endirilməsi TƏKLİF OLUNUR: Diplomun müddəti qısalır, bəs keyfiyyət necə olacaq?

Xəbər verdiyimiz kimi Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. Bununla bağlı -a danışan "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayev

11 sentyabr
.

Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!

Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında

10 sentyabr
.

Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur

Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al

11 sentyabr