Bulvarda roliklə 4 yaşlı qızı vuran şəxsə bu cəza verildi
Bulvarda roliklə 4 yaşlı qızı vuraraq xəsarət yetirən şəxsin məhkəməsi keçirilib. Uşağın valideyni həmin şəxsi bağışlayıb.
Musavat.com xəbər verir ki, 2001-ci il təvəllüdlü Sabir Bulvarın "Azneft" dairəsi yaxınlığında roliklə hərəkətdə olarkən 4 yaşlı uşağı vurub. Yerə yıxılan uşağın başı daş döşəməyə dəyərək kəllə daxili travma alıb.
Sabir ifadəsində deyib ki, həmin gün dostları ilə birlikdə rolik sürürmüşlər. O, uşağı görmədiyini və bir-birlərinə dəydiklərini deyib. Əlavə edib ki, hadisədən sonra uşağın babası onu tutaraq saxlayıb: "Uşağın babası mənim qaçacağımı düşünüb qolumdan tutdu. Amma mən qaçmaq fikrində deyildim. Polislər gələndə mən onlarla şöbəyə getdim. Uşağı da xəstəxanaya apardılar".
O, baş verən hadisəyə görə təəssüfləndiyini və uşağın ailəsindən üzr istədiyini deyib.
Zərərçəkmiş uşağın ailəsi Sabirdən şikayətçi olmadıqlarını bildiriblər.
Sabir Cinayət Məcəlləsinin 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin qərarı ilə onun barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun 2 gün həbsdə saxlanıldığı 2 gün cəzasıdan çıxılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1212 Tarix: 23 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrPakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı BAĞLI MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
30 sentyabrGəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrAbşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabr