Gecəyarısı planlaşdırılmış CİNAYƏT: Azərbaycanda tibb bacısına dəhşətli İŞGƏNCƏ VERİLDİ - GÖRÜNTÜLƏR
Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib.
Sonxeber.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə fevralın 28-də baş verib.
Məlumata görə, Elxan Vaqif oğlu Abdiyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Humay Gəray qızı Abdiyevaya gecə saat 00 radələrindən başlayaraq, səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyüb, başına, eləcə də bədəninin müxtəlif nayihələrinə çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elxan Abdiyev qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.
O, həyat yoldaşını və uşaqlarını öldürəcəyini bildirib.
Qeyd olunur ki, Elxan Abdiyev hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib. Bu isə cinayəti əvvəlcədən planlaşdırdığına şübhələr yaradır.
Humay Abdıyeva tibb bacısı kimi çalışdığı Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Cütlüyün Məzahir (12 yaş) və Nilay (7 yaş) adlı iki övladı var.
Hazırda Elxan Abdiyev polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3785 Tarix: 01 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrBakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
Bakıda kişi arvadını ayağından bıçaqlayıb. -a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Lütfi Zadə küçəsində qeydə alınıb. 32 yaşlı Tahir Quliyev (şərti adla) aralarında yaranmış mübahisə zamanı əlindəki bıçaqla arvadının ayağına xəsarət yetirib. Fakt əsasında Tahir polis əməkdaşları tərəfində
3 oktyabrQaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Səhər saatlarında Qaradağ rayonu ərazisində qəza baş verib. "Yeni Sabah"a istinadən xəbər verir ki, hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. İlkin məlumata görə avtobus gənc əsgərləri daşıyırmış
9 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrÖtən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabr