Axtarışda olan iki nəfər bağlı qapı arxasından çıxarıldı

Axtarışda olan iki nəfər bağlı qapı arxasından çıxarıldıDaxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən törətdikləri cinayət əməllərinə görə axtarışda olan vətəndaşlar - 1987-ci il təvəllüdlü Anar Abdula oğlu Nəcəfxanov və 1985-ci il təvəllüdlü Əhməd Fərhad oğlu Əliyevin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən mənzillərdən birində gizləndikləri müəyyən edilib və mənzilin qapısının açılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Birgə keçirilən əməliyyat nəticəsində mənzilin giriş qapısı açılaraq axtarışda olan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 427   Tarix: 08 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtda 17 yaşlı gənc binadan yıxılaraq ölüb

Sumqayıtda 17 yaşlı oğlan hündürlükdən yıxılaraq ölüb. "Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda yeni tikililərin birində qeydə alınıb. 2008-ci il təvəllüdlü Q.M. ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. O, hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılı

9 mart
.

Küçə itləri 2 yaşlı qızı parçaladı

Türkiyədə küçə itləri azyaşlını parçalayıb. yerli mediaya istinadla bildirir ki, hadisə Konyanın Karatay qəsəbəsində baş verib. 2 yaşlı Rana El Selci küçədə sahibsiz itlərin hücumuna məruz qalıb. Azyaşlı xəstəxanaya yerləşdirilsə də. həyatını xilas etmək mümkün olmayıb. Şəhər valiliyindən verilən açıqlama

8 mart
.

İranda qadınları müdafiə edən müğənni ŞALLAQLANDI

İranın tanınmış müxalifətçi müğənnisi, ölkədə qadınlar üçün sərt geyim qaydalarına qarşı kampaniya aparan Mehdi Yarrahi ona qarşı cinayət işinə xitam verilməsi qarşılığında 74 şallaq zərbəsi alıb. -ın məlumatına görə, "The Guardian" yazır ki, Yarrahi ilk olaraq 2023-cü ilin sentyabrında "Qadınlar

6 mart
.

Türkiyəli müğənni Mert Demirin məşhur mahnısı oğurluqdur? - Məhkəməyə verildi

Məşhur türkiyəli müğənni Mert Demirin tanınmış "Antidepresan" mahnısının plagiat (oğurluq) olması ittihamı ilə bağlı ekspertiza hesabatı açıqlanıb. Sözügedən hesabat məhkəmə prosesi zamanı qeydə alınacaq. Bu barədə "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, Mert Demiri

5 mart
.

Alimlər eşşəkarılarının mədələrində mindən çox müxtəlif növ həşərat aşkar ediblər

Alimlər Asiya eşşəkarılarının mədələrinin tərkibini araşdıraraq onların qurbanlarının arasında təxminən 1 400 müxtəlif həşərat növü aşkarlayıblar. -ya istinadən xəbər verir ki, araşdırmaçılar eşşəkarılarının aktivliyinin bütün mövsümü ərzində Fransa, İspaniya və Böyük Britaniyadan olan həşəratların nümunələrin

5 mart
.

"Zebani"nin son halı görənləri şok etdi

Sosial mediada yayımladığı görüntülərdə 'Zebani' olduğunu iddia edən və açıqlamaları ilə hər kəsi şok edən Efe Beycan tövbə edərək müsəlman olub. türk mediasına istinadən xəbər verir ki, qollarındakı döymələri sildirərək Məkkəyə gedən Efe Beycanın son görünüşü hər kəsi təəccübləndirib. Qey

6 mart
.

Bakıda 36 yaşlı kişi özünü 9-cu mərtəbədən atdı

Bakıda intihar hadisəsi olub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində baş verib. Əmircan qəsəbə sakini 36 yaşlı Tural Azər oğlu Bağırov özünü 9 mərtəbəli binanın sonuncu mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağl

8 mart
.

Azərbaycanda ailə FACİƏSİ: Ana və iki övladının ölməsinin TƏFƏRRÜATI

İmişlidə bir ailənin üç üzvünün dəm qazından boğularaq ölməsinin təfərrüatı məlum olub. Zərərçəkənlərin qohumu Böyükxan Zöhrabov bildirib ki, ata evə zəng edib, cavab gəlməyib, oraya gedib. Evə gələndə isə görüb ki, həyat yoldaşı və iki övladı dünyasını dəyişib. Ata isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb

9 mart
.

Azərbaycanda vəzifəli şəxs piyadanı vuraraq öldürməkdə şübhəli bilinir

Qaxda "Toyota" markalı minik avtomobili piyadanı vuraraq öldürüb. "Report"a istinadla xəbər verir ki, hadisəni törətməkdə Zaqatala şəhər sakini Turan Əsədov şübhəli bilinir. Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala Rayon Şöbəsinin müdiri vəzifəsind

9 mart