"Azərbaycan regionda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün mühüm təşəbbüslərlə çıxış edir" - DEPUTAT

"Azərbaycan regionda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün mühüm təşəbbüslərlə çıxış edir" - DEPUTAT"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 aprel 2025-ci ildə ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" adlı beynəlxalq forumda iştirak edib.
Azərbaycana müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün səfər etmişdilər. Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü, siyasi-hərbi yolla bərpası və yenidən qurulması ilə bağlı məlumat verir. Xüsusilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərindən bəhs edib. O qeyd edib ki, qarşıdakı üç il ərzində dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılacaq, həmçinin şəhər və kəndlərin bərpası üçün baş plan hazırlanır. Bu proseslərdə əsas məqsəd keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışını təmin etməkdir".

Bu sözləri Sonxeber.az-a deputat Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, əgər Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanarsa, bu, nəinki iki ölkə arasında münasibətlərin normallaşmasına, həm də iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın başlanmasına şərait yaradar:

"Çıxışını Prezident İlham Əliyev: "Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Bu məsələ qismən yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq".
Prezident İlham Əliyev həmçinin Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı planlardan danışıb və bildirib ki, bu layihə regionda nəqliyyat əlaqələrini yaxşılaşdıracaq. O, həmçinin Ermənistanla sərhədin delimitasiya və sülh razılaşması məsələlərinə toxunaraq, bu proseslərin ayrı-ayrı aparılmasının vacibliyini vurğulayıb.
Azərbaycan və Ermənistan arasında saziş imzalananda əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Bu cür sazişin imzalanması regionda sülh və sabitliyin bərqərar olunması üçün mühüm addım olar. Belə bir saziş eyni zamanda Cənubi Qafqaz regionunda uzunmüddətli əməkdaşlıq və inteqrasiya üçün əsas baza rolunu oynaya bilər.
Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmət və maraqlara əsaslanan əlaqələrin qurulmasına da toxunmuşdur. Qeyd edim ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmdə öz yerini möhkəmləndirmək və milli maraqlarını qorumaq məqsədilə çoxşaxəli, balanslaşdırılmış və prinsipial xarici siyasət yürütməyə başlamışdır. Bu siyasətin əsas dayaqlarından biri qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulmasıdır. Azərbaycanın xarici siyasət kursu dövlət suverenliyi, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə söykənir. Azərbaycan öz tərəfdaşlarından da eyni yanaşmanı gözləyir və əməkdaşlığın bu prinsiplər çərçivəsində inkişafını vacib hesab edir. Eyni zamanda, Azərbaycan qonşu ölkələrlə mehriban qonşuluq siyasəti həyata keçirir. Rusiya, Türkiyə, İran və Gürcüstanla qarşılıqlı maraqlara əsaslanan enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq əlaqələri inkişaf edir. Xüsusilə Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir və bu əlaqələr bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyev Azərbaycanın dosrluq münasibətlərindən danışaraq bildirmişdir ki: "Türkiyə və İsrail Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub"".

Deputat onu da vurğuladı ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan post-münaqişə dövründə Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün konstruktiv yanaşma nümayiş etdirir:

"Qlobal Tərəfdaşlıqlar və Beynəlxalq Təşkilatlarla Əməkdaşlıqla bağlı Azərbaycan Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan bu müddət ərzində inkişaf etməkdə olan ölkələrin səsinin beynəlxalq aləmdə eşidilməsi üçün əhəmiyyətli addımlar atmışdır. Enerji və Nəqliyyat Layihələri vasitəsilə Beynəlxalq Əlaqələrin Gücləndirilməsi Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji və nəqliyyat layihələri (TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və s.) ölkənin regional və qlobal miqyasda strateji əhəmiyyətini artırmışdır. Bu layihələr tərəfdaş ölkələrlə qarşılıqlı etimad və maraqlar üzərində qurulmuş uzunmüddətli əməkdaşlığın bariz nümunələridir.
Sülh və Təhlükəsizlik Təşəbbüsləri gəldikdə isə, Azərbaycan regionda sülh və əməkdaşlıq mühitinin formalaşması üçün mühüm təşəbbüslərlə çıxış edir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan post-münaqişə dövründə Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün konstruktiv yanaşma nümayiş etdirir. Sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar da bu siyasətin bir hissəsidir. Azərbaycanın xarici siyasəti milli maraqların qorunması ilə yanaşı, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa da töhfə verməyi hədəfləyir. Qarşılıqlı hörmət və maraqlara əsaslanan əlaqələr bu siyasətin əsasını təşkil edir və Azərbaycanın dünya siyasətində etibarlı tərəfdaş kimi tanınmasına səbəb olur.
Onu da qeyd edim ki, bu forumda Prezident İlham Əliyevin çıxışı beynəlxalq media orqanlarında geniş işıqlandırılıb. Xarici ekspertlər onun çıxışını yüksək qiymətləndirərək, Azərbaycanın regionda sülh və əməkdaşlıq istiqamətindəki səylərini vurğulayıblar".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1149   Tarix: 11 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısına hazırlıq işləri görülür

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısına hazırlıq işləri aparılır. xəbər verir ki, toplantının keçirilməsi ilə bağlı hazırlıq prosesi çərçivəsində müvafiq tədbirlər həyata keçirilir. [hh4-unikal]

15 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriba

14 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətləri niyə hədəfə çevrilir?

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında diplomatik əməkdaşlıq deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə və strateji maraqlara söykənən qardaşlıq modelidir. Məhz bu münasibətlərin xüsusi xarakteri Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamları, tanınmı

15 oktyabr
.

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb

15 oktyabr
.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

Laos Xalq Demokratik Respublikası üzv dövlət qismində AQEM-ə qoşulub. AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məsələ AQEM-in 7-ci Zirvə Toplantısının gündəliyinə daxil edilib. Məsələ üzv dövlətlər tərəfindən dəstəklənib

15 oktyabr