Rəsul Çunayev: "Sevdiyim qız yoxdur"

Rəsul Çunayev: "Sevdiyim qız yoxdur"Bakı 2015 Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandırmış güləşçi ilə səmimi söhbət.

Yunan - Roma güləşi üzrə Avropa çempionu (2008), Azərbaycan çempionu (2008), Tələbələrin 27-ci Ümumdünya Universiadasının qalibi (2013) və nəhayət, "Bakı 2015" I Avropa Oyunlarının çempionu (13 iyun 2015). Bütün bu titullar 24 yaşlı Azərbaycan güləşçisi Rəsul Çunayevə məxsusdur.

Sonxeber.az anspress-ə istinadən Rəsul Çunayevlə müsahibəsini təqdim edirik:

- Sizin əsgər marşınız, rəqs etməyiniz qalibiyyətinizə bir başqa abu-hava qatır. Hamıya çox maraqlıdır, bütün bunlar birdən baş verir, yoxsa əvvəlcədən planlaşdırırsız?

- Birdən olur. Planlaşdırılan işlər çox vaxt plana uyğun getmir. Hər şey bir anlıq olur. Qalib olmağıma Allah-taala kömək edir. Qələbə qazandıqdan sonra isə o hərəkətlər bir anlıq baş verir, içdən gəlir. Sonra isə baş verənləri yuxu kimi xatırlayıram. Gözümün qabağında qısa bir kadr yaranır və dərk edirsən ki, bu anlar sənin həyatında böyük rol oynayır.

- Rəsul, sevdiyin qız varsa, de yazaq, qızlar gözünü çəksin səndən.

- Yoxdur (gülür). Şəxsi həyatı kənara qoymuşam. Özümü sırf idmana, məşqlərə həsr etmişəm.

- Xəbərin var ki, hazırda gözəl-göyçək qızlardan ibarət böyük bir pərəstişkar ordun yaranıb?

- Heç nədən xəbərim yoxdur, çünki təxminən bir ilə yaxındır sosial şəbəkələrdə yoxam. Heç whattsapp-ım da yoxdur.

- Sosial şəbəkədən uzaq düşməyin səbəbini bilmək olar?

- Bu müddətdə həm əsgəri xidmətimi yerinə yetirirdim, həm də Avropa Oyunlarına hazırlaşırdım. Eyni zamanda məni irəlidə Dünya Çempionatı gözləyir. Olimpiyaya lisenziya xarakteri daşıyan bu çempionat Amerikanın Las-Veqas şəhərində keçiriləcək. Çalışıram ki, bu şansı, bu fürsəti əldən verməyən. Məqsədə uyğun hərəkət edirik. Daha çox məşqlərimizə və istirahətimizə fikir veririk. İdmanın karyerasının ömrü qısa olur, nə əldə edə bildinsə, bu müddət ərzində edə bilərsən. Bu şansdan istifadə etmədinsə, sonra gec olur. Mən də buna görə çalışıram ki, bu şansı əldən verməyim ki, sonra peşman olmayım.

- İndiyədək neçə medal almısan?

- Saymamışam. Son 3 ildə bütün yarışlardan Vətənə medalla qayıtmışam. İndi də öz Azərbaycanımda qızıl medal qazandım. Çalışacam ki, gələcək yarışlarda da, bunu davam etdirim. Gələcəkdə idman karyeramı başa vurduqdan sonra medallarımı sayaram.

- Avropa Oyunlarında qazandığın medalın qiymətini bilirsən?

- Xeyr, bilmirəm. Məncə, bu medalın dəyəri yoxdur.

- Rəsul, əsgəri xidmətinin bitməsinə bir ay qalıb. Belə bir yarışda qələbə qazanan, prezidentin qucaqlayaraq medal verdiyi, təbrik etdiyi biri hərbi hissəyə qayıdıb digər əsgərlərlə sırada duracaq. Bunu necə təsəvvür edirsən?

- Mənimçün xoşdu, həm bir idmançı kimi, həm də bir əsgər kimi Azərbaycana xidmət etmək. Onsuz da, əsgərlikdə komandirlərin qabağında sıraya durduğumuz kimi, idmanda da məşqçilərin qabağında sıraya dururam. Hər iki halda Vətənimə xidmət edirəm!

Qeyd edək ki, yığma komandanın yunan - Roma güləşi üzrə baş məşqçisi İran vətəndaşı Cəmşid Xeyrəbadidir, böyük məşqçi Nurəddin Cəfərov, üçüncü məşçi Akif Əliyevdir. İdmançılar 1 il ərzində hazırlıq keçib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1405   Tarix: 15 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Barselona"nın üzvü ilk dəfə ardıcıl iki matçda ehtiyat oyunçular skamyasından meydana çıxmayıb

"Barselona"nın futbolçusu Robert Levandovski karyerasında ilk dəfə ardıcıl iki matçda ehtiyat oyunçular skamyasından meydana çıxmayıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, La Liqanın XVI turunda "Osasuna"nı 2:0 hesabı ilə məğlub etdikləri matçda yaşanıb. 3

14 dekabr
.

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının altıncı turunda keçirilən "Qarabağ" - "Ayaks" (2:4) oyununu Qadın və Uşaq Sığınacağında təkbaşına izləyən azyaşlı Əkbər Zülfüqarovla görüşüb. Axşam.az xəbər verir ki, o, görüş anından lentə aldığı görüntülər

13 dekabr
.

Yağışa baxmayaraq, stadionda anşlaq yaşanır - Video

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" Niderlandın "Ayaks" komandasını qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, paytaxtda soyuq və yağışlı hava şəraitinə baxmayaraq, azarkeşlər "köhlən atlar"a dəstə

10 dekabr
.

"Qarabağ" sığınacaqdakı o azyaşlı ilə görüşəcək - Video

"Qarabağ" FK Qadın və Uşaq Sığınacağında "Qarabağ" - "Ayaks"(2:4 ) matçını tək izləyən azyaşlı ilə görüşəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə sığınacaq məlumat yayıb. "O qədər sevinirik ki. Əkbər balamız "Qarabağ" FK ilə görüşəcək",

12 dekabr
.

"Beşiktaş" dopinqə görə cəza alan futbolçunu transfer etmək istəyir

"Çelsi"nin ukraynalı vingeri Mixail Mudrik qış transfer pəncərəsində klubunu dəyişə bilər. "Eagle Media"ya istinadən xəbər verir ki, "Beşiktaş" futbolçuya ciddi maraq göstərir və onunla bağlı vəziyyəti diqqətlə izləyir. İstanbul klubunun rəhbərliyi yanvarda danışıqları aktivləşdirməy

13 dekabr
.

"Qarabağ" - "Ayaks" oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununa haim təyinatları açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Rade Obrenoviç olacaq Ona ya

8 dekabr
.

"Mançester Siti"nin əsas transfer hədəfi

"Mançester Siti" yay transfer hədəfi kimi "Kristal Pelas"ın müdafiəçisi Mark Qehiyə üstünlük verir. -ın xarici mediaya istinadla məlumatına görə, klub rəhbərliyi Qehinin müdafiə xəttinə əhəmiyyətli bir əlavə olacağına inanır. 25 yaşlı İngiltərə millisinin üzvü olan futbolçunun "Krista

16 dekabr
.

Nərimandan tənqidlərə "cavab"

"Qarabağ"ın ötən həftə Çempionlar Liqasında doğma meydanda "Ayaks"a böyük hesabla məğlub olması Qurban Qurbanovu və futbolçularını tənqid hədəfinə çevirdi. Bu tənqidlərdən ən çox ağdamlıların 21 yaşlı hücumçusu Nəriman Axundzadəyə "pay" düşdü. xatırladır ki, gənc futbolçunu

14 dekabr
.

MMA və Qrapplinq Federasiyasında dəyişiklik: Tofiq Musayev rəhbərliyə gətirildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının İdarə Heyətində dəyişiklik edilib. Səsvermənin nəticələrinə əsasən, Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib. Tofiq Musayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni etməyə hazır olduğun

6 dekabr