Bir ailəyə məzar olan evdən GÖRÜNTÜLƏR
Tərtərdə bir ailənin dörd üzvü dəm qazından zəhərlənərək ölüb.
Şahidlər bildirir ki, pəncərədən baxarkən uşağın birinin yerdə öldüyünü görüblər.
Hadisə yerindən görüntülər təqdim edirik:
17:51
Tərtərdə bir ailənin 4 üzvünün dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi detallar məlum olub. Belə ki, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsindəki həyət evində baş verib.
Sonxeber.az xəbər verir ki, bu barədə teleqraf.az-a ailənin yaxınları məlumat veriblər.
Qeyd olunub ki, ailə qəsəbədə 2 il imiş ki, keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıbmış.
Hadisədən əvvəlcə qonşular xəbər tutublar. Onlar saat 10 -11 radələri olsa da, evdən heç kimin çıxmadığını görərək mənzilə daxil olublar və ailənin 4 üzvünün vəfat etdiyini aşkar ediblər.
Bildirilib ki, meyitlər tibbi ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyimsarov kənd qəbiristanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəlib, araşdırma aparılır.
"Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Adi dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki ildir ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə olunmayıb. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş tərəfindən onun borusunda yuva qurulub və yuva da samanla dolub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən edilib", - Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov bildirib.
O, ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb: "Ailənin başçısı təsərrüfatla məşğul olurdu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmətkeş adam idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu tarixdə 12 DƏRƏCƏ ŞAXTA OLACAQ - XƏBƏRDARLIQ
Pensiyalar bu tarixdə tam ödəniləcək
Yumurtanın qiyməti ilə bağlı vəziyyət dəyişəcək - BU TARİXDƏN
Məşhur müğənni KOMAYA DÜŞDÜ - FOTO
Direktoru divara itələyən müəllimlə bağlı - Rəsmi açıqlama+Video
Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: "Bizdə nə müalicə alıb, nə də ölüb" - YENİLƏNİB
Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO
Bu toyuqları almayın - AÇIQLAMA
Ac qalmadan 23 kilo verdi: "Sadəcə hər yeməyin yanında bunu yeyirdim" - FOTO
Vəzifəli şəxs qəzada HƏLAK OLDU
Ağzını, əlini və ayaqlarını "skoç"la bağladı - Qusarda dəhşətli qətlin TƏFƏRRÜATLARI - VİDEO
Sabah hava necə olacaq? - PROQNOZ
30 yaşdan yuxarı ən bahalı oyunçuların reytinqi açıqlandı: Messi və Ronaldu yoxdur
Xərçəngin dərmanı GÖRÜN HANSI HEYVANDA İMİŞ