"Çin və Azərbaycan arasındakı münasibətlər bu gün ən yüksək səviyyədədir" - AÇIQLAMA
"Çin və Azərbaycan arasındakı münasibətlər bu gün ən yüksək səviyyədədir", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Prezident İlham Əliyevin Çinə səfəri fonunda iki ölkə arasında imzalanan müqavilə münasibətləri daha yüksək bir mərhələyə çatdırmış oldu. Nəzərə almaq lazımdır ki, Çində imzalanan bəyənnamədə iki ölkə arasında hərtərəfli əməkdaşlıq adlanan strateji münasibətlər üzrə birgə bəyənnamə vurğusu var. Bu onu göstərir ki, Azərbaycan və Çin bu gün öz əlaqələrini ən yüksək səviyyəyə çatdırmaqdadır. Eyni zamanda iki ölkənin münasibətlərində tarixi məqam gəlib çatıb. Belə ki, daha əvvəl Azərbaycan Çin vətəndaşları üçün vizanı aradan qaldırmışdı. İndi isə Azərbaycan vətəndaşları Çinə vizasız gedib gələcəklər. Bütün bunlarla yanaşı, Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır. Özəlliklə Tayvan məsələsi ətrafında Çinə qarşı müəyyən basqılar edən beynəlxalq güclərin qarşısında Azərbaycan cəsarətlə Çinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Eyni zaman da Çin də hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hər bir halda Çin və Azərbaycan münasibətləri arasında böyük bir tarixi məqam yetişib ki, bu, təkcə ticari, iqtisadi və siyasi əlaqələri deyil, kültürəl və elmi əlqələri də dərinləşdirir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video