Ördəyi nişan alıb kürəkənini öldürdü - Ov zamanı DƏHŞƏT
Rusiyanın Kamçatka bölgəsində kişi ov zamanı kürəkənini güllələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, aprelin 18-də baş verib. 65 yaşlı kişi 35 yaşlı kürəkəni ilə qayıqda olarkən bir ördək görüb və tüfəngi ona tərəf yönəldib. Kişi kürəkəninin yanında olduğunu düşünüb və ördək havaya qalxarkən ona 1 dəfə atəş açıb. Bu zaman ehtiyatsızlıqdan kürəkənini vurub.
Güllə zərərçəkənin sinəsinə dəyib. Qısa müddət sonra o, aldığı yaralardan dünyasını dəyişib. Hadisə əsasında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu ( ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə bağlı cinayət işi açılıb.
Hazırda müstəntiqlər hadisənin bütün təfərrüatlarını müəyyənləşdirirlər.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1247 Tarix: 23 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Saxta içki yenə can alır: Mütəxəssislərdən həyati xəbərdarlıq - VİDEO
Saxta içki, xüsusilə Yeni il ərəfəsində insan tələfatına səbəb olmağa davam edir. Metil spirtindən (metanol) zəhərlənmə hallarında hər üç hadisədən biri ölüm və ya daimi əlilliklə nəticələnir. Mütəxəssislər başgicəllənmə, ürəkbulanma və görmə pozğunluğu kimi ən kiçik əlamətlər zamanı belə dərhal xəstəxanay
17 dekabrVəzifəli şəxs qəzada HƏLAK OLDU
Xocavənddə vəzifəli şəxs avtomobil qəzasında həlak olub. xəbər verir ki, bu barədə Xocavənd Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, Xocavənd Rayon Statistika İdarəsinin rəisi, Əmirallar kənd sakini Fərnad Tahir oğlu Tahirov bu gün keçirdiyi qəza nəticəsində ölüb
20 dekabrAvtobus sürücüsü ilə qadın sərnişin əlbəyaxa dava edib - VİDEO
Adanada xüsusi ictimai avtobusda sürücü ilə qadın sərnişin arasında yaranan mübahisə davaya çevrilib. türk mediasına istinadən xəbər verir ki, hadisə günorta saatlarında şəhər mərkəzində fəaliyyət göstərən xüsusi ictimai avtobuslardan birində baş verib. İlkin məlumata görə, sürücü ilə qadın sərnişi
19 dekabrMaşınına asdığı nömrənin cəzası ağır oldu! - VİDEO
Antalyanın Konyaaltı rayonunda bir sürücünün maşının nömrəsinin üzərinə yazdırdığı "07 TRANS 07" yazısı sosial şəbəkələrdə gündəm olub. türk mediasına istinadən xəbər verir ki, Konyaaltı rayonunda hərəkətdə olan avtomobilin görüntüləri qısa zamanda sosial mediada geniş yayılaraq müzakirələr
19 dekabrİştahsız pişiklərini baytara aparan cütlük görün nəylə üzləşdilər
Türkiyənin Mersin şəhərində pişiklərini baytar müayinəsinə aparan cütlük gözləmədikləri bir həqiqətlə üzləşib. Ramazan Alper İlten və nişanlısı Fatma Zühal Yurdagül qar gəzintisi üçün Toroslar rayonunun yüksək dağlıq ərazisində yerləşən Arslanköy məhəlləsinə gediblər. Gəzinti zamanı mehriban davranışlar
17 dekabrSilahlı dava: ata öldü, oğlu və qardaşı oğlu yaralandı - VİDEO
Türkiyənin Kayseri şəhərində baş verən silahlı insidentdə bir nəfər həyatını itirib, iki nəfər isə yaralanıb. türk mediasına istinadən xəbər verir ki, hadisə saat 15:30 radələrində Organize Sənaye Bölgəsinin 22-ci küçəsində, boş bir ərazidə qeydə alınıb. Ethem Tatlı, oğlu M.T. və qardaşı oğlu V.T. il
18 dekabr