"Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir" - Pərvanə Vəliyeva

"Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir" - Pərvanə Vəliyeva"Vətən müharibəsində Zəfər əldə etdikdən və regionda yeni reallıq yaratdıqdan sonra ölkəmiz daha geniş coğrafiyada öz xarici əlaqələrini inkişaf etdirir. Müstəqil və balanslı xarici siyasət yürüdən Azərbaycana maraq Şərq ölkələrindən və Qlobal Cənubdan xeyli artıb. Belə ki, artan və inkişaf edən iqtisadi və siyasi güc, o cümlədən çoxillik münaqişənin həll edilməsi və bölgəyə de-fakto sülhün gəlməsi ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Artıq Azərbaycan dəyişən dünya nizamında artıq mediator rolunda da çıxış edir, İsrail və Türkiyə arasında əlaqələrin yaxşılaşdırılmasında barışdırıcı mövqe sərgiləyir. Azərbaycan İslam dünyasında İsraillə münasibətləri yüksək səviyyədə olan, ən strateji tərəfdaşdır. Ölkəmiz ABŞ-da qurulan yeni administrasiya ilə də əlaqələrini qurmaqda maraqlıdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd etdi ki, Çin Xalq Respublikası (ÇXR) ilə Azərbaycan Respublikası arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir:

"ADA Universitetində aprelin 9-da keçirilən Diplomatiya Forumunda Prezident İlham Əliyev Azərbaycanın Çinlə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirmişdi. Çin Xalq Respublikası (ÇXR) ilə Azərbaycan Respublikası arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir və müxtəlif – siyasi, iqtisadi, mədəni, humanitar və nəqliyyat-logistika sahələrini əhatə edir. İki ölkə arasında həm də dostluq münasibətləri yüksək səviyyədədir və son illərdə daha da dərinləşməkdədir. 3 iyul 2023-cü il tarixində qəbul edilmiş "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" dövlətlərarası bağlılığı daha da möhkəmləndirmişdir. Bəyannamədə əməkdaşlığın gələcəkdə də genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki dövlətin ümumi maraqlarının birlikdə müdafiə edilməsi, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq edilməsi razılaşdırılmışdır. Eyni zamanda Bəyənnamə ilə iki ölkənin dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduğu təsdiq edilmişdir.
Ötən 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar. Eləcə də, ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər".

Deputat onu da vurğuladı ki, Azərbaycan həm də ÇXR-in Sədri tərəfindən irəli sürülmüş "Bir kəmər bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir və bu layihənin reallaşmasına Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir:

"ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar bir hadisə oldu. Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Bu gün Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub. İki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Həmçinin Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir.
Azərbaycan həm də ÇXR-in Sədri tərəfindən irəli sürülmüş "Bir kəmər bir yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir və bu layihənin reallaşmasına Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Belə ki, ÇXR 2013-cü ildə Avrasiya ölkələri arasında infrastrukturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına yönələn "Bir kəmər, bir yol" adlı yeni iqtisadi inkişaf strategiyası elan edib. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: "İpək Yolu İqtisadi Kəməri" və "Dəniz İpək Yolu". Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Bir kəmər bir yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
Hesab edirəm ki, vətəndaşlarımızın ölkələrə vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.
Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycanın belə bir nəhəng və iqtisadiyyatı uğurlu olan dövlətlə əməkdaşlıq etməsi, münasibətlərini gücləndirməsi ölkə başçısı İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1834   Tarix: 24 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrində

12 avqust
.

Vaşinqton görüşü Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş yaratdı - DEPUTAT

2025-ci il avqustun 8-9-da Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycan-ABŞ münasibətləri və Azərbaycan-Ermənistan sülh gündəliyi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində əldə olunan razılaşmaların və verilən siyasi mesajların bir il sonra regiondakı proseslərə təsiri d

10 avqust
.

İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Xəzər Nadir oğl

7 avqust
.

Prezident yeni elektrik avtobuslarına mindi - Fotolar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olublar. "Qafqazinfo" xəbər verir ki, Rəqəmsal inkişa

11 avqust
.

Ceyhun Bayramov Kiyevdə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb

6 avqust
.

Prosesdə əsas yük Ermənistanın üzərinə düşür - POLİTOLOQ

Azərbaycan, Ermənistan və ABŞ nümayəndələrinin üçtərəfli görüşünün Vaşinqton Sammitinin birinci ildönümündə keçirilməsi regionda formalaşan yeni siyasi reallıqlar fonunda diqqət çəkir. Görüşdə Azərbaycan-Ermənistan normallaşma prosesi, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirləri müzakir

12 avqust
.

İlham Əliyev Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlətimizin başçısı səfirlə söhbət edib. Ötə

13 avqust
.

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq. "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 8 vaqon buğda, 10 vaqon daş kömür göndəriləcək. Qatar sabah saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək

7 avqust
.

"Ankara həm NATO üzvüdür, həm də regionda ciddi siyasi və hərbi imkanlara malikdir" - BƏHRUZ QULİYEV

"Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə imzalanan birgə müdafiə sazişinə yalnız üç ölkə arasındakı hərbi əməkdaşlıq sənədi kimi yanaşmaq düzgün olmazdı. Bu saziş regionda İran-ABŞ qarşıdurmasının yaratdığı yeni təhlükəsizlik reallığının nəticəsidir. Məsələnin ən mühüm tərəfi onda

11 avqust