"Bu gün biz Ermənistanın real sülhün düşməni olduğunu müşahidə edirik" - AÇIQLAMA
Aprelin 23-də saat 22:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır.
Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır".
"Bu gün biz Ermənistanın real sülhün düşməni olduğunu müşahidə edirik" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirmək yerinə saxta dezinformasiyalar yayaraq cəmiyyəti çaşdırmağa çalışır. Bu gün biz Ermənistanın real sülhün düşməni olduğunu müşahidə edirik. Bu formada Ermənistan güya Azərbaycan tərəfindən atəşkəsin pozulduğu ilə bağlı yalan informasiyalar yaymaqla məşğuldur. Bu, dəfələrlə təkrarlanıb. Qarşı tərəf bu addımlarla öz real məqsədinin nədən ibarət olduğunu bütün dünyaya nümayiş etdirib. Faktiki olaraq bu gün Ermənistanın sülhlə bağlı təsəvvürü belə yoxdur. Onlar öz cəmiyyətlərini sülhə hazırlamaq yerinə Azərbaycanı yalan şəkildə ittiham edərək bizə qarşı nifrət oyatmağa çalışırlar. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı dezinformasiya savaşının növbəti elementləridir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video