Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi - YENİLƏNİB

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edildi - YENİLƏNİBXalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov xırda xuliqanlıq törətməkdə təqsirli bilinib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində sözügedən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə təqsirli hesab olunub.

Aprelin 24-də keçirilən məhkəmədə Nurəddin Cəlilovun barəsində yeddi gün müddətinə inzibati həbs qərarı verilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - şəxs əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

10:55
Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.

Sonxeber.az Musavat.com-a istinadən xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs olunub.

Əldə etdiyimiz məlumata görə, Nurəddin Cəlilov metroda qanunsuz hərəkət edib. Bu səbəbdən metro polisi tərəfindən saxlanılıb. Onun barəsində protokol qəbul edilərək, məhkəməyə göndərilib.

Xatırladaq ki, "Medera Hospital"da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4010   Tarix: 25 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Psixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var

Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili

22 aprel
.

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb kömək istədi

Bakı şəhər Nizami rayon sakini 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı o, sosial şəbəkədə paylaşım edib. Gənc qız bildirib ki, bir müddət əvvəl 33 yaşlı əmis

6 may
.

Öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş - Yenilənib

Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gəncin qətlə yetirilməsi faktı qeydə alınıb. APA-ya istinadla xəbər verir ki, 20 yaşlı Ümid Bayramov naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisənin səbəbi hələlik məlum deyil

3 aprel
.

"Çimməyə 5 dəqiqə vaxt verirdi" - Qayınanasını öldürməyindən danışdı

Astaranın Kotalan kəndində qayınanasını öldürməkdə ittiham olunan 22 yaşlı gəlinin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, iki azyaşlı uşaq anası Ruhanə İmanova ittihamı yüngülləşdirilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Məlum olub ki, ölümlə nəticələnə

18 mart
.

21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə - Həbs olundu

Sosial şəbəkələrdə intim xidmətlər təklif edən şəxs inzibati məsuliyyətə cəlb olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, paytaxtda yaşayan İsmayıllı rayon sakini 2005-ci il təvəllüdlü M.Məmmədovun (şərti) "TikTok" və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videola

13 mart
.

İş adamı Adnan Əhmədzadənin həbs müddəti uzadılıb

İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb. Təqdima

13 mart
.

Yanğın təhlükəsi olan mağaza bağlandı - Video

Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Məlumata görə, mağazada aşağıdak

30 aprel
.

Evində boğazı kəsilərək öldürülən qadının qatili tanışı çıxdı

Kocaeli vilayətinin Körfez rayonu ərazisində Gül Dağ adlı qadının evində boğazı kəsilmiş halda cansız bədəni tapılıb. türk mediasına istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məlum olub ki, qadının öldürülməsində şübhəli şəxs onun qonşusu olub. Qatil, Gül Dağı öldürdükdən sonra qolundakı 3 qolbağ

12 mart
.

Könül Həmzəyeva axtarışa verildi

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Könül külli miqdarda dələduzluqda ittiham olunur. K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilib. Hazırda Xəzər Rayon Polis İdarəsind

10 mart