"İran və Azərbaycan birgə strateji əhəmiyyətli infrastruktur layihələri həyata keçirir" - DEPUTAT
"Azərbaycan və İran İslam Respublikası arasında əlaqələr qədim tarixə malikdir. Hər iki xalqın tarixi və mədəni yaxınlığı bu münasibətlərin əsasını təşkil edir. Azərbaycan hər zaman İranla mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılmasına xüsusi önəm verib. 44 günlük Vətən Müharibəsi və səfirliyimizə edilən terror hücumundan sonra iki ölkə arasındakı diplomatik münasibətlərdə müəyyən durğunluq yaranmışdır. İran prezidenti Məsud Pezişkinanın geniş tərkibdə Azərbaycana rəsmi səfəri Bakı ilə Tehran arasında əlaqələrin yenidən canlanması və yeni bir səhifənin açılması kimi qiymətləndirilməlidir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, görünən odur ki, cənub qonşumuz qlobal və regional müstəvidə dəyişən geosiyasi reallıqlar fonunda qeyri-müəyyən yanaşmaların fayda vermədiyini anlayaraq qarşılıqlı əməkdaşlıqların zəruriliyini dərk edir:
"Bakı və Tehran xəttində siyasi məsələlərdə müəyyən ziddiyyətlər mövcud olsa da, iqtisadi-ticari sferada əlaqələr dinamik inkişaf edir. Liderlərin birgə mətbuat konfransında səsləndirdiyi fikirlər bunun bariz nümunəsidir. İran və Azərbaycan birgə strateji əhəmiyyətli infrastruktur layihələri həyata keçirir. Həmin layihələr arasında Rəşd-Astara dəmir yolu xüsusi əhəmiyyət kəsb edir və bu il tamamlanması nəzərdə tutulur. Bu lahiyə cənub qonşumuzu Avropa və Rusiya ilə birləşdirəcək və eyni zamanda Cənubi Qafqazı mühüm nəqliyyat qovşağına çevirəcəkdir.
Bununla paralel həyata keçirilən proyektlər sırasında hidroenergetika sahəsi də diqqət çəkməkdədir. Tərəflər keçən il Xudafərin və Qız Qalası su qovşaqlarını istifadəyə verməklə minlərlə hektar torpaq sahəsinin su və elektrik enerjisi təminatını həyata keçirdilər. Bütün bunlar Bakı və Tehranın gələcəyə istiqamətlənmiş uzunmüddətli tərəfdaşlıq strategiyası ilə hərəkət etdiyinin göstəricisidir.
Bu əməkdaşlıq hər iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, regionda sabitlik və inkişafın möhkəmlənməsinə də töhfə verəcəkdir. Azərbaycan və İranın ortaq layihələri gələcək münasibətlər üçün də zəmin yaradır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video