"Bu gün Azərbaycanla İranın parlamentlərarası əlaqələri də yüksək səviyyədədir" - DEPUTAT

"Bu gün Azərbaycanla İranın parlamentlərarası əlaqələri də yüksək səviyyədədir" - DEPUTAT"Cari il aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfəri İranla Azərbaycan arasındakı münasibətlərin möhkəm təməl üzərində inkişaf etdiyinin sübutudur. Xalqlarımız əsrlər boyu mehribanlıq və qardaşlıq şəraitində yaşayıb. Hər iki ölkə başçısının səmimi şəraitdə bir araya gəlməsi, öz fikirlərini bildirməsi və bir çox önəmli sənədlərin imzalanması Azərbaycanla İran arasında strateji münasibətlərinin şəffaf və yüksək səviyyədə olduğunu təsdiq edir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb:

O, açıqlamasında qeyd edib ki, Azərbaycanla İran arasındakı mehriban qonşuluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələr hər zaman mövcud olub və hazırda da bu münasibətlər davam edir:

"İran Azərbaycan Respublikasının müstəqilliyini hələ 1991-ci il dekabrın 25-də tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci il martın 12-də qurulub. Azərbaycanla İran arasındakı mehriban qonşuluq, qarşılıqlı hörmət və faydaya əsaslanan əlaqələr hər zaman mövcud olub və hazırda da bu münasibətlər davam edir. Xalqlarımızın tarixi və mədəni bağlılıqları iki ölkə münasibətlərinin bütün sahələri üzrə inkişafı üçün zəmin yaradır. Bu gün həm də ikitərəfli əlaqələrimiz ticarət-iqtisadi, enerji, energetika, nəqliyyat logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir.

İranla Azərbaycan, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir. Dünyanın ən önəmli təşkilatlarından olan BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər bir çox təşkilatlar çərçivəsində İranla Azərbaycan daim bir-birinin yanındadır. Yəni, hər iki ölkənin məramı və məqsədi dostluq, əməkdaşlıq və strateji münasibətləri inkişaf etdirməklə dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır. Bu iki ölkə arasında qəbul edilən qərarlar dövlətlərarası əlaqələri yüksələn xətlə aparacaq.

Prezidentlərin görüşü zamanı edilən müzakirələrdə vacib məqamlardan biri də üçtərəfli əməkdaşlıq layihələridir. Bunlardan Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Bu layihə iştirakçıları olan ölkələrə çox böyük səmərə gətirəcək. Azərbaycan öz ərazisində sözügedən nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Həm dəniz limanı, həm dəmir yolu, həm də avtomobil nəqliyyatı imkanlarını genişləndirməklə, böyük sərmayə qoyuluşu layihələrinə başlayıb".

Deputat onu da vurğuladı ki, ölkələrimiz arasında humanitar və mədəniyyət sahələrində də ənənəvi dostluq əlaqələri davam edir:

"Yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də mümkündür. Xalqlarımızın tarixi və mədəniyyəti ortaqdır, əsrlər boyu bir məkanda, bir dövlət çərçivəsində yaşamışlar.

İran Prezidentinin Azərbaycana səfəri ölkələrimizin münasibətlərinin inkişafında çox önəmli rol oynayacaq. Xüsusilə ikitərəfli formatda bölgədəki vəziyyət, sülhün dayanıqlı olması, əmin-amanlığın təmin edilməsi, ölkələrin suverenliyi, ərazi bütövlüyü, daxili işlərə qarışmama kimi prinsiplər hər iki ölkənin prioritetlərindəndir.

Bu gün həm də Azərbaycanla İranın parlamentlərarası əlaqələri də yüksək səviyyədədir. Ölkələr arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası 1992-ci ildən etibarən fəaliyyət göstərir.

Ölkə rəsmiləri arasında imzalanan bir sıra mühüm sənədlər, o cümlədən "2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı", "2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu", "2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı", "Media əməkdaşlığı haqqında Anlaşma Memorandumu" və bu kimi digər sənədlər hər iki dövlətin anlaşıqlı münasibətlərinin, iqtisadi, siyasi, mədəni və strateji əlaqələrinin yüksələn xətlə inkişaf etməsinin təzahürüdür.

Hesab edirəm ki, Azərbaycanla İran həqiqətən regionda siyasi və iqtisadi gücə malik olan dövlətlərdir və hər iki dövlət öz suverenliyinin qorunması, xalqının rifahının və ölkənin iqtisadi vəziyyətinin artması üçün bu qüvvələrini bir araya gətirərək, əlaqələrini gücləndirərək daha da inkişaf etməyə doğru addımlayır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1641   Tarix: 02 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

15 oktyabr
.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14 oktyabr
.

İlham Əliyev: "Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb"

"Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, b

15 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib. "Biz sülh təkli

15 oktyabr