"Ermənistan və Rusiya arasında baş verənlərin Azərbaycana heç bir xeyiri və ya zərəri yoxdur" - AÇIQLAMA
Ermənistan parlamentinin spikeri Alen Simonyan ikinci prezident Robert Koçaryanı "Rusiyanın casusu" adlandırıb.
Sonxeber.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Siyasi bəyanatlar vermək hüququnun olduğunu deyən A.Simonyan jurnalistlərə bildirib ki, casusluqla bağlı faktlara malik olmasa da, o, siyasətçidir və keçmiş prezident və onun rəhbərlik etdiyi "Hayastan" blokunun nümayəndələrinin səsləndirdiyi tezislərin təhlili əsasında siyasi bəyanat verir. Spikerin qiymətləndirməsinə görə, bu tezislər Rusiyanın mövqeyi ilə üst-üstə düşür.
O həmçinin Belarusun nümunəsinə uyğun olaraq Ermənistanın İttifaq dövlətinə qoşulmasına tərəfdar olan Gümrünün yeni meri Vardan Qukasyanın (onun sözlərinə görə, Robert Koçaryan tərəfindən dəstəklənir) mövqeyini xatırladıb. A.Simonyan bu səbəbdən R.Koçaryanı "Rusiyanın maraqlarına xidmət edən" siyasi xadim hesab edir.
Politoloq Tural Ismayılov məsələ barədə Sonxeber.az -a şərh verib:
"Gümrünün yeni seçilən və Robert Koçaryan tərəfindən dəstəklənən meri Vardan Qukasyanın Ermənistanın Rusiya ilə ittifaq dövlətində birləşməsi ilə bağlı açıqlamalarından sonra erməni spikeri A.Simonyan haqlı olaraq Koçaryanı Rusiya casusu adlandırıb. Biz unutmamalıyıq ki, Ermənistanda sonuncu dəfə keçirilən növbədənkənar parlament seçkilərində Rusiya dövlət mediası sonuna qədər Koçaryanın iqtidara gəlməsi üçün çox ciddi şəkildə dəstək verirdi. Eyni zamanda, Koçaryanın 1998-2008-ci illərdəki hakimiyyəti dövründə Ermənistanın Rusiyadan çox ciddi iqtisadi asılılığı var idi. Koçaryan hökuməti dövründə Ermənistan Rusiyaya borclarını ödəmək üçün bir sıra önəmli strateji müəssiələrini pay verdi. Strateji sektorların Rusiyaya təhvil verilməsi, borc müqabilində aktivlərin verilməsi, Ermənistanın iqtisadi müstəqilliyinin aradan qalxması Ermənistanın tamamilə Rusiyadan asılı vəziyyətdə qalmasına gətirib çıxardı.
Ermənistan və Rusiya arasında baş verənlərin Azərbaycana heç bir xeyiri və ya zərəri yoxdur. Çünki Azərhaycan müstəqil xarici siyasət kursu həyata keçirir və ölkəmizin istər region, istərsə də qlobal məsələlərlə bağlı mövqeləri digər ölkələr arasındakı münasibətlərdən asılı deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video