Yaşayış binasında yanğın: Ər və arvad həyatını itirdi - VİDEO
Yalovanın Çınarcık rayonunda gecə saatlarında Poyraz Caddesi üzərində yerləşən yaşayış binasının 3-cü mərtəbəsindəki mənzildə yanğın baş verib. Hadisənin səbəbi hələlik məlum deyil.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yanğınsöndürənlər hadisə yerinə çatdıqda, mənzilin baxımsız və tullantılarla dolu vəziyyətdə olduğunu görüblər ki, bu da müdaxiləni çətinləşdirib.
Ev sahibi 53 yaşlı Hande Savaştan mənzildə köməksiz vəziyyətdə qalıb. Elektrik xətlərinin xilasetmə texnikasının yaxınlaşmasına mane olması səbəbilə, yanğınsöndürənlər təhlükəsizlik döşəyi quraşdırıblar. Qadın pəncərədən döşəyə düşsə də, vəziyyəti ağır olduğundan Çınarcık Dövlət Xəstəxanasında həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Yanğını söndürən FHN əməkdaşları evin salonunda Hande Savaştanın 73 yaşlı həyat yoldaşı Ali Savaştanı ölü vəziyyətdə aşkar ediblər. Mənzilin hamam otağında isə cütlüyün 26 yaşlı oğlu Cengizhan Savaştan ağır yaralanmış vəziyyətdə tapılıb. Yaralı ilkin olaraq Yalova Tədris və Araşdırma Xəstəxanasına yerləşdirilib, lakin vəziyyətinin pisləşməsi səbəbilə daha sonra Bursa şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1749 Tarix: 07 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabr