"Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqelərinə dəstək verir" - DEPUTAT
"Azərbaycan Respublikasının beynəlxalq əlaqələr sistemində Cənub-Şərqi Asiya ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi son illərdə strateji əhəmiyyət daşıyan istiqamətlərdən birinə çevrilmişdir. Bu kontekstdə Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın 2025-ci ilin may ayında Azərbaycana rəsmi səfəri xüsusi önəm kəsb edir".
Bu sözləri Sonxeber.az-a Deputat Şahin Seyidzadə danışıb.
O, açıqlamasında qeyd edib ki, Səfər çərçivəsində Prezident İlham Əliyev ilə keçirilən görüş zamanı iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu bir daha təsdiqləndi:
Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, perspektiv inkişaf istiqamətləri və beynəlxalq gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Tərəflər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan əlaqələrin bundan sonra da möhkəmləndiriləcəyini vurğuladılar.
Prezident İlham Əliyev mətbuat üçün bəyanat verən zaman qeyd etdi ki: "Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdim. Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır".
Deputat onu da vurğuladı ki, To Lamın səfəri təkcə siyasi münasibətlərin deyil, həmçinin iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi baxımından da əlamətdar oldu:
"Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin artırılması, energetika, kənd təsərrüfatı, təhsil və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı danışıqlar aparıldı. Bununla yanaşı, elmi-mədəni sahədə təcrübə mübadiləsinin təşviq olunması da diqqət mərkəzində idi.
Səfər çərçivəsində Azərbaycan-Vyetnam münasibətlərinin ədalətli və sabit beynəlxalq nizamın qurulması kontekstində əhəmiyyəti də önə çəkildi. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqelərinə dəstək verir və çoxtərəfli əməkdaşlıq formatlarında fəal iştirak edirlər.
Baş katib To Lamın Bakıya səfəri, həm simvolik, həm də praktiki baxımdan iki xalq arasında tarixi dostluğun və strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edən mühüm bir addım kimi qiymətləndirilə bilər. Yarım əsrdən artıq tarixə malik Azərbaycan–Vyetnam münasibətləri bu səfərlə yeni bir inkişaf mərhələsinə qədəm qoyur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video