"Telefon istifadə edən şagirdlərin dərsdə diqqətini cəmləməsi daha çətin olur" - AÇIQLAMA

"Telefon istifadə edən şagirdlərin dərsdə diqqətini cəmləməsi daha çətin olur" - AÇIQLAMASosial şəbəkələrdən istifadə məktəblilərin təkcə psixoloji deyil, eyni zamanda akademik inkişafına da çoxşaxəli təsir göstərir. Bu təsirlər həm qısa, həm də uzunmüddətli baxımdan təhsilin keyfiyyətinə, motivasiyaya, diqqət qabiliyyətinə və dəyər sisteminə mənfi istiqamətdə yönəlmiş olur. Əgər məsələyə pedaqoji və psixoloji müstəvidə yanaşsaq, sosial şəbəkələrin məktəblilər üçün əsas təhlükəsi onların tədris prosesində diqqət dağınıqlığını artırması, təlimə qarşı marağı azaltması və öyrənmənin davamlılığını pozmasıdır.

Bəs görəsən sosial şəbəkənin şagirdlərin təhsil həyatına hansı mənfi və müsbət təsirləri var?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az -a açıqlama verib:

"Əldə olunan tədqiqat nəticələri bu təsiri təsdiqləyir. Məsələn, ABŞ-ın Kolumbiya Universitetində aparılan bir araşdırmaya görə, orta məktəb şagirdləri arasında gündə 3 saatdan artıq sosial şəbəkə istifadə edənlərin təhsil göstəriciləri, bu platformalara heç daxil olmayan və ya çox məhdud istifadə edənlərlə müqayisədə 15-20% aşağı olur. Eyni zamanda, həmin qrupda test nəticələrinin qeyri-stabilliyi və motivasiya səviyyəsində dalğalanma halları müşahidə edilib. Azərbaycan reallığında bu təsir daha dərin ola bilər, çünki burada texnologiyanın təhsil üçün necə istifadə olunması ilə bağlı mədəni reflekslər formalaşmayıb.

Telefon istifadə edən şagirdlərin dərsdə diqqətini cəmləməsi daha çətin olur. Sosial şəbəkələrin algoritmik təbiəti (məsələn, TikTok, Instagram Reels və YouTube Shorts) beynin ani mükafatlandırma sisteminə təsir edir və öyrənməni deyil, sürətli, səthi və davamlı dəyişən vizual stimulları üstün tutur. Bu isə ardıcıl oxuma, mətnin təhlili və məntiqi düşünmə kimi tədrisin əsas bacarıqlarını zəiflədir. Tədrici və sistemli öyrənməyə qarşı dözümsüzlük formalaşır. Şagird dərsdə 40 dəqiqə müəllimin danışığını dinləməkdə çətinlik çəkir, lakin saatlarla videolara baxmağa davam edə bilir. Bu, yalnız davranış pozuntusu deyil, təhsil psixologiyası baxımından öyrənmənin zəruri şərtlərinin pozulmasıdır.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsində açıq şəkildə qeyd olunur ki, təhsilalanın hüququ təlim-tərbiyə prosesində sağlam psixoloji və emosional mühitdə iştirak etməkdir. Sosial şəbəkələrin həddindən artıq istifadəsi bu hüququ pozur, çünki sosial müqayisə, kiberzorakılıq, zamanın idarə olunmaması və yuxu rejiminin pozulması nəticəsində uşaqların psixoloji rifahı zəifləyir. Psixoloji yük artdıqca isə öyrənməyə qarşı maraq və nəticə azalır.

Müsbət tərəfi yalnız bir halda ola bilər: əgər sosial şəbəkələr pedaqoji məqsədlərlə — təlim videoları, elmi populyar kontent və təhsil kampaniyalarının yayılması üçün istifadə olunursa. Bəzi inkişaf etmiş ölkələrdə (məsələn, Finlandiya, Sinqapur və Kanada) bu platformalar nəzarət altında, tədrisə dəstək vasitəsi kimi istifadə olunur. Lakin bu, yalnız o zaman effektiv olur ki, müəllimlər və valideynlər bu istifadəni izləyir, yönləndirir və öyrədici məzmunla məhdudlaşdırır. Azərbaycanda isə bu nəzarət ya çox zəifdir, ya da ümumiyyətlə yoxdur. TikTok-da saatlarla vaxt keçirən şagirdin oradan öyrəndiyi "informasiya" əksər hallarda təhrif olunmuş, manipulyativ və ya tamamilə mənasız məzmun olur. Bu, uşağın dəyərlər sisteminə, dünyagörüşünə və öyrənmə modelinə mənfi təsir göstərir.

Nəticə olaraq, sosial şəbəkələrdən aktiv istifadə edən, xüsusilə də gündəlik 2 saatdan çox zaman ayıran şagirdlərdə təhsil nəticələrinin zəifləməsi təkcə fərdi deyil, artıq ümumi sistem problemi səviyyəsindədir. Nə dəyişəcək sualının cavabı budur ki, bu meyl davam edərsə, gələcəkdə şagirdlər dərsə fiziki olaraq gəlsə belə, zehni iştirak zəif olacaq. Dərsdə diqqət saxlamaq, dərin mətnləri anlamaq, məntiqi nəticələr çıxarmaq bacarığı daha da zəifləyəcək. Nə dəyişməlidir sualının cavabı isə konkret və praktikdir: məktəblərdə rəqəmsal maarifləndirmə dərsləri keçirilməli, telefon istifadəsinə dair konkret daxili qaydalar tətbiq olunmalı, valideynlər bu sahədə maarifləndirilməli və sosial şəbəkələrin tədris üçün faydalı istifadəsi təşviq edilməlidir. Əks halda texnologiya uşağın alətinə çevrilmir, uşaq texnologiyanın alətinə çevrilir. Bu isə artıq təhsil deyil, tərbiyənin itirilməsi deməkdir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3122   Tarix: 08 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO

Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar

11 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10 sentyabr
.

Şadlıq saraylarında qida təhlükəsizliyi ilə bağlı vəziyyət çox acınacaqlıdır - AÇIQLAMA

Toy və yas mərasimlərində çox sayda insana eyni anda qida hazırlanması zəhərlənmə riskini artırır. Xüsusilə ət, toyuq, balıq, yumurta, mayonezli salatlar, düyü və kremli məhsulların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyenaya və çarpaz çirklənmənin qarşısının alınmasına cidd

11 sentyabr
.

Qarabağdan dünyaya verilən mesaj: Diplomatik korpus Azərbaycanın quruculuq reallıqlarını yerində görür

Hikmət Hacıyevin müşayiəti ilə keçirilən səfər Qarabağ və Şərqi Zəngəzurun yeni reallıqlarının beynəlxalq ictimaiyyətə nümayişi baxımından mühüm əhəmiyyət daşıyır.Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb

11 sentyabr
.

Ali təhsilin 3 ilə endirilməsi: zamanın tələbi, yoxsa keyfiyyət üçün yeni sınaq?

Ali təhsil sistemində son illər müzakirəyə çıxarılan ən mühüm məsələlərdən biri bakalavr təhsilinin müddətinin üç ilə endirilməsi ideyasıdır. İlk baxışdan bu yanaşma sadə görünür: tələbə universiteti daha qısa müddətdə bitirir, əmək bazarına daha tez daxil olur və həm ailənin, həm də dövlətin təhsi

11 sentyabr
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10 sentyabr
.

"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"

2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind

10 sentyabr
.

Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub

11 sentyabr
.

Yeni təhsil qanununun qəbulu təklif edilir

Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri

11 sentyabr