Zibil qutusundan insan kəllə sümüyü tapıldı: 30 illik sirr ortaya çıxdı - VİDEO
Adananın Seyhan rayonunun Gürselpaşa məhəlləsində baş verən hadisə hər kəsi təəccübləndirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 9 may saat 11:30 radələrində Mavi Bulvar üzərində yerləşən bir binanın həyətində işləyən 40 yaşlı İsa Kaplan zibil konteynerindəki torbalardan birində kağıza bükülmüş insan kəllə sümüyü tapıb.
Hadisə qarşısında təlaşa düşən Kaplan dərhal bu barədə binanın mühafizəçisinə məlumat verib. Daxil olan məlumat əsasında əraziyə polis və hadisə yeri mütəxəssisləri cəlb olunub. İlkin araşdırmalarda kəllə sümüyünün uşağa aid ola biləcəyi ehtimal olunub və həmin sümük Adana Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndərilib.
Başlanan araşdırmalar zamanı Cinayət Axtarış Şöbəsinin əməkdaşları ərazidəki təhlükəsizlik kameralarını incələyiblər. Nəticədə məlum olub ki, kəllə sümüyü Yüreğir Dövlət Xəstəxanasında çalışan 51 yaşlı ağciyər xəstəlikləri üzrə mütəxəssis həkim G.S.-nin evində temizlik aparan həyat yoldaşı, 42 yaşlı müəllim G.I.S. tərəfindən zibilə atılıb.
Bu vaxt həkim G.S.-nin Van şəhərində seminar üçün olduğu məlum olub. Hadisə ilə bağlı xəbərləri eşidən kimi polisə müraciət edib. Onun ifadəsində 1994-cü ildə Ege Universiteti Tibb Fakültəsində təhsil aldığı dövrdə Hatayın Samandağ rayonundakı qəbiristanlıq işçisindən tədris məqsədilə bu kəllə sümüyünü əldə etdiyi və həmin vaxtdan evində saxladığı ortaya çıxıb.
G.S. ifadəsində, "Təhsil məqsədilə istifadə etmişdim. Gələcəkdə başqa tələbələr üçün də faydalı ola biləcəyini düşündüyüm üçün saxlamışdım", - deyə bildirib.
Məhkəməyə çıxarılan həkim G.S. barəsində ədli nəzarət şərti ilə sərbəst buraxılma qərarı verilib. Kəllə sümüyü üzərində Məhkəmə-Tibbi Ekspertiza tərəfindən araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1576 Tarix: 13 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrMəşhur ticarət mərkəzinin girişində sərnişin avtobusu aşdı - Video
Bakıda Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb. "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər. Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti üzündən baş verdiyi bildirilir. [youtube]. [/youtube]
3 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrBakıda ağır qəza - 4 ölü - Yenilənib
Bu gün paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, saat 14:20 radələrində Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsind
7 oktyabrLaçın sakini Ağcabədidə niyə boğulub ölüb? - Səbəb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. "Unikal"a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub
10 oktyabrYeniyetmə oğlan infarktdan öldü
Goranboy rayonunda 17 yaşlı oğlan ürək çatışmazlığından ölüb. -ın məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində baş verib. Qəsəbə sakini - 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə qəfil infarkt keçirib. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılı
1 oktyabr