Ata mübahisə etdiyi oğlunu ov tüfəngi ilə qətlə yetirdi
Türkiyənin Tekirdağ vilayətinin Kapaklı rayonunda ata ilə oğul arasında baş verən silahlı insident faciə ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 22 yaşlı H.Ş., atası ilə aralarında yaranan mübahisə zamanı güllələnərək həyatını itirib.
Hadisə Kapaklının Yunus Əmrə məhəlləsində, Yavuz Səlim küçəsində yerləşən bir yaşayış kompleksində baş verib. Məlumata görə, H.Ş. daha əvvəl şəxsi mübahisə yaşadığı atası N.Ş. ilə yenidən sözlü mübahisəyə girib. Mübahisədən bir qədər sonra motosikletlə həmin ünvana qayıdan gənc, atasının yaşadığı mənzilə silahla atəş açıb.
Bu zaman ata N.Ş. evdə olan ov tüfəngi ilə eyvandan oğluna atəş açıb. Gənc aldığı güllə yaralarından ağır xəsarət alıb. Hadisəni görən sakinlər dərhal təcili tibbi yardım və polisə məlumat veriblər.
Hadisə yerinə gələn polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüb. Yaralı H.Ş.-yə ilkin tibbi yardım göstərildikdən sonra Kapaklı Dövlət Xəstəxanasına, oradan isə Çerkezköy Dövlət Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ata N.Ş. polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1663 Tarix: 14 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Növbəti 4 gündə hava "od tutub yanacaq" - PROQNOZ
Avqustun 22-25-də Azərbaycanda hava yağmursuz keçəcək, temperatur 41-dək yüksələcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək:. "Avqustu
22 avqustDənizdə boğulduğu deyilən 5 uşaq atası Elmar XARİCDƏ SAĞ TAPILDI
Polis dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyini müəyyən edib. -ın məlumatına görə, avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məluma
22 avqustİsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yolda
25 avqustBorca görə ata və oğulu öldürən cinayətkar: "Qərəzli olmayın" - VİDEO
Türkiyənin Adana şəhərində 40 milyon lirəlik borc mübahisəsi qanlı cinayətlə nəticələnib. Hadisə zamanı təqaüdçü polis əməkdaşı Aytekin Fil və oğlu Sinan Fil öldürülüb, Neslihan Fil isə yaralanıb. Cinayətdə şübhəli bilinən Mehmet Nuri Ataş saxlanılaraq məhkəmə qərarı ilə həbs edilib. xarici mediaya istinadl
21 avqustXalq artisti ağır avtoqəzaya düşdü: Vəziyyəti ağırdır
Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır avtoqəzaya düşüb. xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Xalq artisti Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib, əməliyyat tələb olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir
22 avqustİcra hakimiyyəti binasında silahlı insident - VİDEO
Antalyanın Kepez rayonunda İcra hakimiyyəti binasında iki tapança ilə atəş açaraq qorxu yaradan İlçe Milli Təhsil İdarəsinin əməkdaşı M.Y. barəsində aparılan inzibati araşdırma başa çatıb. Məmura maaşdan tutulma və vəzifə pilləsində irəliləyişin dayandırılması cəzası verilib. O, Tuncelinin Ovacık rayonun
19 avqust