Qadın sahibkara silahlı hücum – Obyekti 3 ayda 3 dəfə avtomat silahla atəşə tutuldu
İstanbulun Kağıthane rayonunda zərgərlik fəaliyyəti ilə məşğul olan qadının iş yeri son 3 ay ərzində üç dəfə maskalı şəxslər tərəfindən avtomat silahla atəşə tutulub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisələrdən sonuncusu bu il mayın 3-də, şənbə günü, saat 04:30 radələrində Nurtepe məhəlləsində baş verib.
Əldə edilən məlumata görə, maskalı 3 nəfər zərgərlik mağazasının qarşısına gəlib. Onlardan biri avtomat silahdan obyektə bir neçə dəfə atəş açaraq hadisə yerindən uzaqlaşıb. Hücum anı ətrafdakı təhlükəsizlik kameralarına saniyə-saniyə əks olunub.
Hadisə ilə bağlı Kağıthane Asayiş Büro Amirliyinin əməkdaşları genişmiqyaslı əməliyyata başlayıb. Kamera görüntülərini araşdıran polis, hadisədən əvvəl motosikletlə yaxınlığa gələn 2 şəxsin motosikleti tərk edərək piyada hücum yerinə gəldiklərini müəyyən edib. Eyni zamanda bir nəfərin də hadisə zamanı ərazidə müşahidə apardığı (gözcülük etdiyi) məlum olub.
Araşdırmalar nəticəsində motosikleti idarə edən şəxsin 16 yaşlı Şiyar Ege Ö., atəş açan şəxsin 18 yaşlı Gürkan S., motosikleti təmin edən şəxsin isə 18 yaşlı Kayra Y. olduğu müəyyənləşdirilib.
Polis Kayra Y.-nin evinə əməliyyat keçirərək 3 şübhəlini saxlayıb. Əməliyyat zamanı evdə bir avtomat silah, 5 ədəd güllə, hücum zamanı istifadə edilən maska və geyimlər aşkarlanıb. Şübhəlilər ifadələri alınmaq üçün polis bölməsinə aparılıb. Onların ümumilikdə 11 ayrı cinayətdə adlarının keçdiyi müəyyən edilib.
Saxlanılan şəxslər barəsində "Ümumi təhlükəsizliyi qəsdən təhlükəyə atma", "Atəşli silahlarla bağlı qanunun pozulması" və "Əmlaka zərər vurma" maddələri ilə cinayət işi açılıb. Onlar barəsində həbs-qətimkan tədbiri seçilərək məhkəmə qərarı ilə həbsxanaya göndəriliblər.
Araşdırmalar nəticəsində məlum olub ki, bu, qadının obyektinə edilən ilk hücum deyil. Son aylar ərzində obyekt daha iki dəfə oxşar şəkildə atəşə tutulub və bu hadisələrlə bağlı 5 nəfər həbs edilib. Polis hücumların qadının boşanmaq üzrə olduğu həyat yoldaşının sifarişi ilə həyata keçirildiyini müəyyən edib. Hücumların sifarişçisinin isə hazırda ölkə xaricində olduğu bildirilib.
Məlumata görə, şübhəlilər hadisə anlarını mobil telefonla da qeydə alıblar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?