Lənkəranski ilə bağlı bilinməyən SİRR

Lənkəranski ilə bağlı bilinməyən SİRRÖtən ay 7 il müddətinə azadlıqdan məhrum edilən 35 yaşlı "qanuni oğru" Əli Heydərovu Aleksandr Puşkin "satıb"-vəkili danışdı

Məlum olduğu kimi, azərbaycanlı "qanuni oğru" Əli Heydərov (kriminal aləmdə "Albert Rıjiy" və "Albert Gəncəli" kimi tanınır) ötən ay 7 il müddətinə azadlıqdan məhrum edilib. 35 yaşlı azərbaycanlı kriminal avtoritetin məhkəməsi iki ilə yaxın idi Sankt-Peterbuq şəhər Frunze Rayon Məhkəməsində davam edirdi. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməyə, saxta sənəddən istifadədə və qarətlərdə günahkar bilinirdi.

2014-cü ildən həbsdə olan "qanuni oğru" əsasən 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunub. Belə ki, həmin vaxt internetdə "JEEP" avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrkən cinayətkarlar onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Fruzenski rayonunun prokurorluğu nəzarətə götürüb. İstintaq iddia edirdi ki, cinayət işinin təşkilatçısı azərbaycanlı avtoritetdir.

Buna da bax: Azərbaycanlı qanuni oğrunun qətlini Lənkəranski sifariş verib?

"Qanuni oğru"nun vəkili Dmitri Popov isə müvəkkilinin həbsdən azad edilməsi üçün çalışır. Vəkil crimerussia.com saytına deyib ki, "Albert Rıjıy"a əsasən Aleksandr Sergeyeviç Puşkinin (məşhur rus şairinin adaşı) ifadəsi əsasında hökm çıxarılıb. Vəkil deyib ki, belə bir adamın varlığından xəbərləri yoxdur, çünki o özünü hədəfə çıxarmamaq üçün gizli şahidlik edib.
"Albert Rıjıy" kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy" ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru" adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. "Ded Xasan" klanında yer alan "Albert Rıjıy" Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi" təyin edilib.

"Ded Xasan"ın qətlindən sonra da ("Ded Xasan" 2013-cü ilin yanvar ayının 16-da öldürülüb) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də "Albert Arxangelsk" kimi də tanınır. Xarakter etibarilə sərt olan azərbaycanlı "qanuni oğru" bahalı maşınlar həvəskarıdır və tez-tez avtomobillərini dəyişir. O, ötən ilin yayında Türkiyədə qətlə yetirilən "qanuni oğru" "Rövşən Lənkəranski" ilə də düşmən münasibətdə idi.

Onun "Lotu Quli" ilə münasibətlərinin hansı səbəbdən pis olduğu bilinmir, çünki onların hər ikisi "Ded Xasan" klanı ilə yaxın əlaqələrə malik olublar. 2014-cü ildə isə "Albert Rıjıy"a sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi "Lotu Quli"nin adı hallanırdı.

Rəsmi ittihamda bildirilirdi ki, 2014-cü ilin mart ayının 18-də iki killer "Albert Rlıjıy"ı öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub. Moskva nömrəli "Audi A8?də öz qurbanını güdən killerləri yaxınlıqda daha bir avtomobil gözləyib. "Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Polis bölməsində məlum ki, həbs edilənlər Naberejnıy Çelnı vilayətində qeydiyyatda olan Aleksey Şparuta və Ruslan Koryaqindir.

Buna da bax: Azərbaycanlı kriminal avtoritet ''Albert Rıjıy''a cəza verildi - VİDEO

Rusiya mətbuatı o zaman yazırdı ki, həbs edilənlər deyiblər ki, azərbaycanlı "vor zakon" un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş 32 yaşlı İlham Hacıyev də həbs edilib. "Hamlet" ləqəbi ilə tanınan avtoritet əvvəl təslim olmaq istəməyib və yaşadığı mənzilin balkonundan qaçmağa cəhd edib. İkinci mərtəbədən düşmək istəyərkən polislər ona pnevmatik silahdan atəş açaraq yaralayıblar. Yüngül xəsarət aldığından səhəri gün onu istintaq təcridxanasına aparıblar. İddia olunurdu ki, "Hamlet" "Lotu Quli"nin qohumudur.

Sifarişdə "Lotu Quli"nin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəltdi. "Albert Rıjıy" Piterdə "sxodka" keçirdi və bu qətlinin sifarişçisi kimi "Quli"nin adının hallandırılması geniş müzakirəyə səbəb olub, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən "sxodka"da iştirak edən Aliksey Qudına ("Lexa İrkutski") "Albert Rıjıy"a sui-qəsdə həmyerlisi "Quli"nin adının hallanmasına etiraz edir. Qudına iddia edir ki, sui-qəsd məsələsini "Albert Rıjıy" özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlham Hacıyevə tam bəraət verilib. Muzdlu qatillər hesab edilənlər isə bəraət aldı.
Crimerussia.com saytı yazır ki, "Albert" indi də avtoritetlərin ciddi dəstəyinə malikdir.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 5683   Tarix: 10 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qanunsuz silah-sursatı könüllü təhvil ver - DİN-dən çağırış

Aprelin 29-da polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 13 avtomat silahı, 1 tapança, 2 qumbara, 4 tüfəng, 9 patron darağı və 418 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. xəbər verir ki, bu barəd

30 aprel
.

Dəhşətli cinayət: Ana torpağa basdırılmış, oğlu güllələnmiş halda tapıldı

Hatayın İskenderun rayonunda baş verən dəhşətli hadisə nəticəsində ana və oğlu ölü halda tapılıb. türk mediasına istinadən xəbər verir ki, sözügedən ərazidə heyvan otaran çoban torpaq üzərində meyit aşkar edərək vəziyyət barədə jandarmaya məlumat verib. Hadisə yerinə cəlb olunan əməkdaşlar tərəfində

16 aprel
.

55 yaşlı sürücü sükan arxasında öldü

Gəncədə sürücü sükan arxasında vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə martın 16-sı saat 09 radələrində baş verib. Şəhər ərazisində 1971-ci il təvəllüdlü Nuruzadə Mustafayev idarə etdiyi "VAZ 2106" markalı 10-ES-234 nömrə nişanlı avtomobildə infarktdan ölüb. Faktla bağlı araşdırm

17 mart
.

25 yaşlı oğlan işlədiyi bağda öldü

Tərtər rayonunda gənc oğlan tənəffüs çatışmazlığından vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 7-si saat 16 radələrində Tərtər şəhərinin ərazisində yerləşən bağda baş verib. Orada işləyən Yevlax rayon sakini 2001-ci il təvəllüdlü Dünyamin Ayaz oğlu Hümbətov astma bronxit xəstəliyində

9 may
.

Bakıda restoranda aktrisa ilə dostlarının başına iş gəldi - 4 nəfər tutuldu

Aktrisa Üzel Kərimovanın ötən gün bayram qeyd etmək üçün getdiyi məkanların birində dava düşüb. "Qafqazinfo" xəbər verir ki, restoranda bir qrup şəxs Ü.Kərimovanın rəfiqəsinin ərinə hücum edərək ona xəsarətlər yetirib. Aktrisanın paylaşdığı videoda həmin şəxsin başından xəsarət aldığı və yerd

19 mart
.

Bu hal cinayət hesab ediləcək

Dövlətə məxsus olan hüquqi şəxslərin vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət hesab olunacaq. xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin

21 aprel
.

Psixiatriya xəstəxanasında ölən Miri ilə bağlı - Həbs edilən var

Aprel 4-də Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alan 1992-ci il təvəllüdlü Miri İsmayılovun ölməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya məlumat verilib. Qeyd edili

22 aprel
.

Hamlet Musayevin qızı həbsdən azad edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev

20 may
.

Sevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR

Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf təqsirləndiriləni

10 aprel