"Leyli" obrazı üçün kilolarımdan, qazancımdan, toylarımdan KEÇDİM"
Xanəndə Aytən Məhərrəmova canlı efirdə etdiyi etiraflarla diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, bir zamanlar artıq çəkidən əziyyət çəkib və "toppuş xanım" olduğunu gizlətməyib. O, opera səhnəsinə olan sevgisindən danışaraq həyatında bu sənətin xüsusi yer tutduğunu vurğulayıb.
Məhərrəmova qeyd edib ki, yaradıcılığının ən böyük zirvəsi həm pedaqoji fəaliyyəti, həm də opera səhnəsində çıxış etməsidir:
"Opera səhnəsi ilə nəfəs alıram".
Xanəndə məşhur "Leyli" obrazını canlandırmaq üçün həyatında bir çox şeydən imtina etdiyini də açıqlayıb. Onun sözlərinə görə, bu rol uğrunda artıq çəkilərindən, qazancından, tədbirlərdən və toy məclislərindən keçib.
Sənətçi operaya olan bağlılığını xüsusi vurğulayaraq əlavə edib:
"Heç vaxt opera sənətini qoyub qazanc dalınca gedə bilmərəm".
Aytən Məhərrəmovanın bu sözləri sosial şəbəkələrdə maraqla qarşılanıb və izləyicilər tərəfindən sənətə bağlılığın nümunəsi kimi dəyərləndirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm" - Qəzənfər Abbasov
"Mən Zeynəb Xanlarovanı Məcnun kimi sevirəm". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar mədəniyyət işçisi, xanəndə Qəzənfər Abbasov Xalq artisti Zeynəb Xanlarovanın "Leyli rolunda oynayaram, amma Məcnun yoxdur" fikirlərinə münasibət bildirib. Xanəndə qeyd edib ki, Zeynəb Xanlarov
23 may"Sandıqdakı qardaşım" - Aysel İbrahimli
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) "Bədii yaradıcılıq və ekran dramaturgiyası" ixtisasında təhsil alan II kurs SABAH qrupu tələbəsi Aysel İbrahimlinin "Sandıqdakı qardaşım" adlı hekayəsini təqdim edir:. Anamın qırxı təzə çıxmışdı, amma bağ evinin hə
15 may"Teatrın durumu Allahın ümidinə qalıb" - Xəyalə Rəis
Səhnədə işıqlar yanır, pərdə açılır və tamaşa başlayır. Hər bir tamaşa isə cəmiyyətin düşüncəsini, hisslərini və həyat hekayələrini əks etdirən bir aynaya çevrilir. Bu gün Azərbaycanda Milli Teatr Günü qeyd olunur. 10 mart ölkəmizdə peşəkar milli teatrın əsasının qoyulduğu tarix kimi yadda qalıb və hə
10 martBaba Vəziroğlunun ailəsində - Ağır itki
Tanınmış şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun bacısı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baba Vəziroğlunun jurnalist qardaşı Anar Vəziroğlu məlumat paylaşıb. O bildirib ki, bacısı Gündüz xanım ötən gecə dünyasını dəyişib. Allah rəhmət eləsin!
19 martƏməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO
Əməkdar artist Bəyimxanım Vəliyeva sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, xanəndənin paylaşdığı videoda onun 1993-cü ildə AzTV2-də yayımlanan Novruz şənliyində səhnəyə çıxdığı əks olunub. Maraqlı məqam isə həmin vaxt Bəyimxanım Vəliyevanın cəmi 4 yaşında olmasıdır. Görüntülər izləyicilə
31 martLeyla Əliyevadan tarixi xalçaya ilmələr - Video
Leyla Əliyeva Şuşa məscidi üçün toxunan dünyanın ən böyük dairəvi xalçası ilə bağlı görüntülər paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, görüntüləri instaqram hesabında izləyiciləri ilə bölüşüb. Belə ki, "Azərxalça" ASC tərəfindən Şuşa məscidi üçün hazırlanan, dünya xalçaçılıq tarixini
12 fevralPutin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi
Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrı əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu mədəniyyət ocağının açılış mərasiminə videokonfrans formatında qatılıb. TASS-a istinadən xəbər verir ki, təntənəl
27 martDilarə Əliyeva qız analarına səsləndi
"Dəyişmədim, daha güclü versiyamı yaratdım. Forma nə qədər vacibdirsə, məzmun ondan da vacibdir. Məzmun daşımayan gözəllik mənasını itirir. Görüntüyə bel bağlamıram. Sənətim üzərində də çalışıram. Səhnəyə dünyalar gözəli bir qız çıxsa, yanında ömrünün 90 yaşında Nəsibə Zeynalova dayansa, tamaşaç
6 mart"Qızımın səsi var, amma o siyasəti seçdi"
Xalq artisti Gülyanaq Məmmədova "Qonaqcanlı" verilişində qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi övladı Sılanın musiqi istedadı olsa da, bu sahədə fəaliyyət göstərmədiyini bildirib:. "Qızım Sılanın səsi var, amma oxumur. Bakı Slavyan Universitetində təhsil alır
29 may