Azərbaycan Prezidenti ölkəmizdə keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti ölkəmizdə keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıbPrezident İlham Əliyev "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi - "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda Ankara şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tədbirə ev sahibliyi edən dost və qardaş Türkiyə Respublikasına böyük təşəkkürümü bildirirəm. Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi bu konfrans regionumuzda sülhün, ədalətin və insan hüquqlarının bərqərar olması yolunda çox əlamətdar hadisədir. Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır.

Çox təəssüf ki, silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində milyonlarla insan öz doğma yurdlarından didərgin düşərək qaçqınlıq həyatı yaşayır. Xüsusilə, Birinci Dünya müharibəsi dövründə və ondan sonra erməni radikalizmi və ekstremizmi Azərbaycan xalqını misli görünməmiş müsibətlərə düçar etmiş, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından zorla çıxarılmış, kütləvi qətl və qırğınlara məruz qalmışdır.

Qərbi Azərbaycanda - Ermənistan ərazisində 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir.

Ermənistan minilliklər boyu Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irsini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyarətgahlarını və qəbiristanlıqlarını məhv etmişdir. Ermənistanın bu destruktiv addımları həmin ərazilərdən Azərbaycan xalqının izini silmək və regionun tarixini yenidən yazmaq məqsədi daşımışdır.

2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfər, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarda da böyük ruh yüksəkliyi yaratmış və onların daha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir. Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir.

Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsləri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir.

Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, "böyük Ermənistan" xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır. Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Bu məsələ ilə əlaqədar Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir.

Hesab edirik ki, Qərbi Azərbaycanla bağlı dünya ictimaiyyətinin məlumatlılığının artmasına xidmət edən bu beynəlxalq konfrans soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına önəmli töhfə verəcəkdir.

İnanırıq ki, Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır.

Sizə ən xoş diləklərimi çatdırır və konfransın işinə uğurlar arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 645   Tarix: 21 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təşəkkür edib. xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı "X" hesabında paylaşım edib. Paylaşımda deyilir:. "Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə sizə təşəkkü

10 avqust
.

Nikol Paşinyan Azərbaycanı təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Sülh Bəyannaməsinin imzalanmasının və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasının 1-ci ildönümü münasibətilə təbrik mesajı göndərib. . -ın məlumatına görə, mesajda deyilir: . "Əziz xalqım, əziz Ermənistan Respublikasını

8 avqust
.

Ermənistan ərazisində enerji dəhlizinin yaradılması TRIPP və bütün bölgə üçün müsbət nəticə verəcək

Bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliy

12 avqust
.

Prezident və xanımı Naxçıvandadır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvana səfərə gediblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

11 avqust
.

Pezeşkian istefa versə, İranda nə dəyişəcək?

İran rəhbərliyində yaşanan daxili gərginlik və Prezident Məsud Pezeşkianın olası istefası ətrafında gəzən şayiələr regional siyasətdə yeni suallar doğurur. Tehrandakı bu siyasi silkələnmənin həm ölkə daxilindəki güc nisbətinə, həm də Cənubi Qafqazdakı processeslərə təsiri diqqətlə izlənilir. Xüsusil

4 avqust
.

İran bu bölgədə müharibəyə hazırlaşır? - AÇIQLAMA

İyulun sonlarında İran yük gəmisinə hücum edilməsindən sonra İran Ukraynanın 3 bölgəsini vurmağa hazırlaşıb. Bunu İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi deyib. O bildirib ki, Ukraynanın hücumun səhvən həyata keçirildiyini bildirməsindən sonra cavab addımını dayandırıblar. Bu hadisə İranı

4 avqust
.

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XIN) Kot-d'İvuar hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. xəbər verir ki, müvafiq təbrik Azərbaycan XIN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşılıb. "Müstəqillik Günü münasibətilə Kot-d'İvuar Respublikasını

7 avqust
.

"Ankara həm NATO üzvüdür, həm də regionda ciddi siyasi və hərbi imkanlara malikdir" - BƏHRUZ QULİYEV

"Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə imzalanan birgə müdafiə sazişinə yalnız üç ölkə arasındakı hərbi əməkdaşlıq sənədi kimi yanaşmaq düzgün olmazdı. Bu saziş regionda İran-ABŞ qarşıdurmasının yaratdığı yeni təhlükəsizlik reallığının nəticəsidir. Məsələnin ən mühüm tərəfi onda

11 avqust
.

"Koreya yarımadasında əsas ehtiyac yeni silah nümayişi deyil, yeni diplomatik mexanizmlərin işə salınmasıdır" - BƏHRUZ QULİYEV

"ABŞ və Cənubi Koreyanın avqustun 17-dən 27-dək keçirəcəyi birgə hərbi təlimləri, eyni zamanda Şimali Koreyanın Yaponiya və ABŞ-Cənubi Koreya hərbi əməkdaşlığına qarşı sərt ritorikası Şərqi Asiyada təhlükəsizlik mənzərəsini yenidən gündəmə gətirib. Üstəlik, Pxenyanın təlimlər ərəfəsində ballisti

13 avqust