Bakıdan Avropaya xəbərdarlıq

Bakıdan Avropaya xəbərdarlıqAvropa Siyasi Birliyinin Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən 8-ci Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı yalnız regional sülh gündəliyinin təqdimatı ilə məhdudlaşmadı, həm də Avropanın iki əsas institutuna - Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasına ünvanlanan açıq və sərrast siyasi mesajlarla yadda qaldı. Bu çıxış əslində son illərdə bəzi Avropa strukturlarının rəsmi Bakıya qarşı artan qərəzinə ən tutarlı cavab sayılmalıdır. Ölkə başçısı bütün Avropa liderlərinin qarşısında AŞPA və Avropa Parlamentinə önəmli xatırlatmalar etdi, ölkəmizin bu strukturlarda fəaliyyətinin dayandırılmasına yol açan səbəbləri açıqladı.
Prezidentin arqumentlərinin mərkəzində Avropa İnstitutlarının ikili standartlar siyasəti dayanır. Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədən sonra öz ərazi bütövlüyünü təmin etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun addım kimi təqdim olunsa da, Avropa institutlarının reaksiyası rəsmi Bakının və beynəlxalq hüququnun gözləntiləri ilə üst-üstə düşməyib. Xüsusilə Avropa Şurası çərçivəsində Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq edilən məhdudiyyətlər siyasi motivli qərarlardır və təzyiq vasitəsinə çevrilib. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, bu cür yanaşma təşkilatın əsas prinsipi olan bərabərlik və ədalət anlayışına zidd görünür.
Digər məqam isə Avropa Parlamenti ilə bağlı oldu. Son beş ildə qəbul etdiyi çoxsaylı obyektivlikdən uzaq qətnamələrlə qanunverici orqan rəsmi Bakının güvənini itirib və artıq bu platformada əməkdaşlıq real görünmür. Burada əsas problem yalnız Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi sənədlərin sayı deyil, həm də onların məzmunu ilə bağlıdır. Rəsmi Bakı hesab edir ki, bu qətnamələr regiondakı real vəziyyəti deyil, daha çox müəyyən siyasi dairələrin təsiri altında formalaşmış birtərəfli mövqeni əks etdirir. Bu isə öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi dialoqun keyfiyyətinə ciddi zərbə vurur.
Maraqlı məqam ondan ibarətdir ki, Prezident çıxışında Avropa institutlarının ifşası ilə yanaşı, sülh gündəliyinə sadiqliyi də xüsusi vurğuladı. Ermənistanla münasibətlərdə yeni mərhələnin başladığını qeyd edən ölkə başçısı konkret addımları - tranzit məhdudiyyətlərinin aradan qaldırılması, enerji tədarükü və kommunikasiya xətlərinin açılması kimi təşəbbüsləri önə çəkdi. Bu isə onu göstərir ki, Bakı bir tərəfdən regionda əməkdaşlıq mühitini genişləndirməyə çalışır, digər tərəfdən isə bəzi Avropa institutlarının qərəzli mövqeyinə qarşı tutarlı ritorikaya üstünlük verir.
Bu ziddiyyətli dinamika əslində daha geniş geosiyasi kontekstdə baş verir. Cənubi Qafqaz artıq yalnız regional deyil, həm də qlobal güclərin maraq toqquşduğu məkan kimi çıxış edir. Belə bir şəraitdə Avropa İttifaqı daxilində vahid mövqenin olmaması da Bakıya fərqli mesajların ötürülməsinə yol açır. Prezidentin də qeyd etdiyi kimi, Avropa Komissiyası ilə münasibətlər daha konstruktiv fon üzərində inkişaf etdiyi halda, digər institutların sərt mövqeyi ümumi siyasətdə disbalans yaradır.
Nəticə etibarilə, bu çıxış sadəcə tənqid deyil, həm də mesajdır: Azərbaycan Avropa ilə əməkdaşlıqda maraqlıdır, lakin bunu yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında görür. Əks halda, Bakı alternativ siyasi və iqtisadi platformalara yönəlməkdə tərəddüd etməyəcəyini nümayiş etdirir. Bu isə Avropa institutları üçün ciddi seçim yaradır - ya regionda real prosesləri nəzərə alan praqmatik siyasət yürütmək, ya da təsir imkanlarını tədricən itirmək.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 781   Tarix: 05 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır"

"Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuil

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güclənən dövlətçilik modeli və yeni geosiyasi reallıqlar

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində dövlət idarəçiliyinin, iqtisadi inkişaf strategiyasının, milli təhlükəsizlik siyasətinin və beynəlxalq münasibətlər sistemind

14 oktyabr
.

Azərbaycan-Kamboca münasibətlərində ortaq çağırışlar və əməkdaşlıq imkanları

Müasir beynəlxalq münasibətlər sistemində sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsi, münaqişələrin nəticələrinin aradan qaldırılması və humanitar problemlərin həlli xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi

13 oktyabr
.

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib

Oktyabrın 13-də "Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat" qəbul edilib və iki ölkə arasında imzalanmış sənədlərin Prezident İlham Əliyevin və Prezident Thonqlun Sisulitin iştirakı ilə mübadiləsi mərasimi olub. bununla bağlı AZƏRTAC-a istinadən xəbə

13 oktyabr
.

İlham Əliyev: "Yeni yaşayış məntəqələrinin və istehsal sahələrinin fəaliyyəti üçün enerji və su təminatı da yaradılır"

"Qarabağ və Şərqi Zəngəzurda qurulan nəqliyyat infrastrukturu yaşayış məntəqələrini bir-biri ilə və ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı"

14 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

Azərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr

Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü

13 oktyabr
.

Emoməli Rəhmon Azərbaycana yola düşüb

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət

14 oktyabr
.

Azərbaycan-Kamboca əməkdaşlığında yeni iqtisadi imkanlar

2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşü və mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm hadisə kimi diqqət çəkir. Rəsmi səfər çərçivəsində keçirilə

13 oktyabr