İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib

İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

"Türk Dövlətləri Təşkilatının daxili işlər nazirlərinin ikinci görüşü Azərbaycanda keçirilir. Bu, çox sevindirici haldır. Əminəm ki, belə görüşlərin davamı olacaq.

Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü iki gün bundan əvvəl Macarıstanda keçirilmişdir. Bildirməliyəm ki, belə tədbirlərin, belə görüşlərin keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü idi. Birinci qeyri-rəsmi Zirvə görüşü ötən il Azərbaycanda, Qarabağda, Şuşa şəhərində keçirilmişdir. Dövlət və hökumət başçıları qərara gəldilər ki, belə qeyri-rəsmi görüşlər müntəzəm olaraq keçirilsin.

Bizim rəsmi Zirvə görüşlərimiz hər il keçirilir. Amma hesab etdik ki, ildə bir dəfə bu tərkibdə görüşlər kifayət deyil. Bildirməliyəm ki, bu il Azərbaycanda rəsmi Zirvə görüşü keçiriləcək. Bu görüşə ciddi hazırlıq gedir və əminəm ki, Zirvə görüşü zamanı önəmli qərarlar qəbul ediləcək.

Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var. Ölkələrimizdə müsbət inkişaf dinamikası müşahidə olunur. Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq.

Bizim ölkələrimizdə əhali artır. Azərbaycana gəldikdə, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa edəndə bizim əhalimiz təqribən 7 milyon idi, indi 10 milyonu ötüb. Bütün üzv ölkələrdə buna oxşar dinamika müşahidə olunur. Əhalimiz gəncdir, dinamikdir, öz tarixi köklərinə bağlıdır. Ona görə biz təşkilat çərçivəsində iqtisadiyyat, nəqliyyat, enerji məsələləri ilə yanaşı, mütləq ortaq köklərimiz, ortaq tariximiz haqqında geniş danışmalıyıq.

Tarixdə müxtəlif məqamlar olub. Biz müəyyən dövr ərzində bizdən asılı olmayan səbəblərə görə bir-birimizdən ayrı düşmüşdük. Ancaq təşkilata üzv olan ölkələrin iradəsi, xalqların iradəsi bizi yenə də bir araya gətirdi. Əlbəttə ki, təşkilatın formalaşmasında, inkişafında tarixi Naxçıvan Zirvəsi xüsusi yer tutur. Biz çox şadıq ki, bu tarixi qərar məhz Azərbaycanın qədim şəhəri olan Naxçıvanda qəbul edilmişdir.

O ki qaldı, daxili işlər orqanlarının birgə fəaliyyətinə, təbii ki, buna böyük ehtiyac var. Çünki qeyd etdiyim kimi, ölkələrimizdə daxili sabitlik olsa da təhdidlər var, çağırışlar var, xaricdən müdaxilə cəhdləri var və olacaq. Yəni, heç kim bundan sığortalı deyil. Ona görə daxili işlər orqanlarının əsas vəzifəsi olan ictimai asayişin qorunması, əlbəttə ki, hər bir ölkəmiz üçün önəmli daxili sabitlik amilidir. Təşkilata üzv ölkələrin daxili işlər orqanlarının bir araya gəlməsi, müntəzəm olaraq görüşlərin keçirilməsi, fikir mübadiləsi, təcrübə mübadiləsi, informasiya mübadiləsi aparılması böyük önəm daşıyır.

Təbii ki, bizim əsas məqsədimiz təşkilatı daha da gücləndirməkdir. Mən tam əminəm ki, əgər bütün üzv və müşahidəçi ölkələr güclü vahid iradə göstərsələr, bizim təşkilatımız dünya miqyasında aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilə bilər. Biz dünyada mövcud olan beynəlxalq təşkilatları yaxşı tanıyırıq. Biz bəzi təşkilatlara üzvük, bəzi təşkilatlarla müxtəlif formatlarda əməkdaşlıq edirik və Türk Dövlətləri Təşkilatının üstünlüyünü biz şəxsən Azərbaycanda açıq-aydın görürük. Yenə də bu üstünlük ondan ibarətdir ki, bizi birləşdirən əsas amil tarixi köklərdir, etnik köklərdir, mənəvi dəyərlərdir və təbii ki, qeyd etdiyim kimi, bizim iqtisadi, sənaye və digər sahələrdəki potensialımız. Bütün bunları biz bir araya gətirmişik, təşkilatı strukturlaşdırmışıq, müxtəlif istiqamətlər üzrə fəal işlər gedir. Hesab edirəm ki, indi əsas məsələ beynəlxalq gündəlikdə söz sahibi olmaq, nəinki təşkilatın coğrafiyasında və onun həndəvərində, qlobal müstəvidə dünyada aparıcı siyasi təşkilatlardan birinə çevrilməkdir. Yenə də deyirəm, bunlar üçün bütün imkanlar var. Əgər olmasaydı, mən bu barədə danışmazdım.

Mən sizi bir daha salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Sizə uğurlar arzulayıram. Təmsil etdiyiniz ölkələrin xalqlarına öz hörmətimi bildirirəm və Sizə uğurlu iş və gözəl nəticələr arzulayıram".

Sonra çıxış edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib:

"Əvvəlcə, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. Siz qeyd etdiyiniz kimi, bu, daxili işlər nazirlərimizin ikinci görüşüdür. Birincisi keçən il Qırğızıstanda olub. Siz qeyd etdiniz ki, hörmətli nazirlərimiz görüşürlər, onlar daha çox mahiyyətə diqqət yetirirlər. Bu gün də Kommünike hazırlanıb. Bundan sonra da belə görüşlər keçiriləcək və orada daxili işlər nazirlərinin fəaliyyətinin əsas istiqamətlərini ehtiva edən Kommünike qəbul olunacaq. Bu, banditizm, terrorizm, cinayətkarlıq və sairə ilə mübarizə daxil olmaqla nazirlərimizin fəaliyyətinin bütün istiqamətlərini əhatə edir.

İki gün əvvəl vaxtilə Sizin təşəbbüskarı olduğunuz qeyri-rəsmi Zirvə görüşümüz keçirildi. O, mahiyyət etibarilə qeyri-rəsmi deyil, daha çox rəsmi idi. Orada da hüquq-mühafizə orqanlarımızın işindən bəhs edildi. Siz də qeyd etdiniz ki, keçən il ilk dəfə Şuşada ali məhkəmə instansiyalarımızın görüşü oldu. Ali məhkəmələrin sədrləri bu yaxınlarda - iki həftə əvvəl Antalyada yenidən toplaşdılar və nizamnamə qəbul etdilər. Orada da bütün fəaliyyət istiqamətləri göstərilib. Bizdə artıq baş prokurorlar, notarial orqanlar, ədliyyə nazirlərinin platformaları yaradılıb, keçən il ədliyyə nazirləri də Astanada bir araya gəldilər.

Bir sözlə, bütün hüquq-mühafizə bloku institutlaşmaya başlayıb, artıq ilk addımlar atılır. Sizin parlamentdəki inaqurasiya nitqinizdə qısaca qeyd etdiyiniz kimi, hamı bunu dəstəkləyir. İndi Sizin dediyiniz kimi, bizim təşkilat daha güclü ola bilər. Biz həqiqətən nadir beynəlxalq təşkilatıq. Siz qeyd etdiyiniz kimi, 15 il əvvəl qəbul edilən Naxçıvan Sazişində deyilir ki, bizi məhz tarixi köklər, mədəniyyətimiz, dil, din birləşdirir. Çünki başqa belə bir təşkilat yoxdur və bizim hamımızın vəzifəsi yaradılmış platformalarla onu gücləndirməkdir".

11:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Qazaxıstan Respublikasının daxili işlər naziri Erjan Sadenov, Qırğız Respublikasının daxili işlər naziri Ulan Niyazbekov, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya, Özbəkistan Respublikasının daxili işlər naziri Aziz Taşpulatov, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Macarıstanın daxili işlər nazirinin müavini Bentse Retvari və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev daxildir.

İlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edibİlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edibİlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edibİlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edibİlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edibİlham Əliyev TDT-nin daxili işlər nazirlərini qəbul edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 749   Tarix: 23 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr
.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

15 oktyabr