"Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır" - DEPUTAT

"Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır" - DEPUTAT"Ölkə başçısı cənab İlham Əliyev 21 may 2025-ci il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunmuş və bu görüşün ölkəmiz üçün əlamətdar olduğunu bildirmişdir.
Təsadüfi deyil ki, hələ ötən il Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü bu il Budapeşt şəhərində təşkil edilmişdir. Ümumiyyətlə, Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır, eləcə də müstəqil siyasət aparan və beynəlxalq nüfuza malik olan bir ölkədir".

Bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Bu il Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək Azərbaycan təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur:

"2025-ci il həm də Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulmuşdur. Hər il təşkil edilən bu Zirvə görüşləri əbəs yerə keçirilmir. Belə ki, bu görüşlər Azərbaycanın Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı daha da güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir

Ölkəmiz əksər qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşdur. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. 50-dən çox ticarət gəmisinə sahib olan Azərbaycan Xəzər dənizi vasitəsilə türk dövlətləri üçün mühüm tranzit xidmətləri göstərir. Bundan başqa Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir və 9-cu hava limanının da yaxın zamanlarda istifadəyə veriləcəyi planlaşdırılır. Bu hava limanından 3-ü Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə yerləşir".

Deputat onu da vurğuladı ki, Təkcə sadalanan nailiyyətlər deyil, həm də COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması da ölkəmizin və ölkə başçımızın uğurlu siyasi addımlarındandır:

"Prezident çıxışı zamanı həmçinin bildirmişdir ki, ötən ilin noyabr ayında 200-ə yaxın ölkənin anonim səsverməsi yolu ilə dünya əhəmiyyətli beynəlxalq tədbirlərdən olan COP29 tədbirinə Azərbaycan ev sahibliyi etmişdir. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadından irəli gəlirdi. Tədbirin təşkili üçün qısa müddətin olmasına baxmayaraq, COP29 Azərbaycanda olduqca yüksək səviyyədə və qüsursuz təşkil edildi, Azərbaycan bu böyük məsuliyyətin öhdəsindən layiqincə gəldi. Azərbaycan həm də COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu və Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.

Ölkəmizin əsas uğurlarından biri bu Konfrans nəticəsində inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmanın əldə edilməsidir. Həmçinin Azərbaycan 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail oldu, eləcə də İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi.

Təkcə sadalanan nailiyyətlər deyil, həm də COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması da ölkəmizin və ölkə başçımızın uğurlu siyasi addımlarındandır. Bütün bu uğurlu addımların nəticəsi olaraq, Azərbaycan bu gün Türk Dövlətləri Təşkilatına bu sahədə böyük töhfə verən əsas tərəfdaşdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2203   Tarix: 23 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırım Azərbaycan mediasına müsahibə verib. xəbər verir ki, B.Yıldırım tanınmış jurnalist

14 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr
.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır. Bu barədə Ermənistan mediasına istinadən xəbər verir. "Onların razılığını aldıqda

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq

"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

15 oktyabr