"Bu çox ağır bir cinayətdir..."
Musavat.com xəbər verir ki, iş xanımı və tanınmış xeyriyyəçi Ruhiyyə Əliyeva Gəncədə 17 yaşlı Elgün İbrahimovun müəmmalı şəkildə həyatını itirməsinə münasibət bildirib. Onun sosial şəbəkədə paylaşdığı emosional açıqlama cəmiyyətin diqqətini çəkib.
Ruhiyyə Əliyeva yazır:
"Gəncədə 17 yaşlı Elgün İbrahimovun faciəli şəkildə ölməsi hamı kimi məni də üzdü. Bu çox ağır bir cinayətdir. Mən bilmirəm bu dəhşətli hadisəni kim törədib. Yalnız onu bilirəm ki, bu ölümdə hamımız günahkarıq."
Xeyriyyəçi bəzi insanların Elgünün faciəsi üzərindən öz maraqlarına xidmət etməyə çalışdığını, digərlərinin isə biganə qaldığını qeyd edib. Onun sözlərinə görə, belə bir hadisə qarşısında susmaq mümkün deyil:
"Bəzi adamlar Elgünün ölümündən şou kimi istifadə edir, bəziləri Azərbaycan polisinə ləkə yaxır, bəziləri isə sadəcə biganə qalır. Mən biganə qala bilmirəm. Çünki ürəyim sızıldayır. Ortada bir gəncin həyatı yarımçıq qalıb."
Ruhiyyə Əliyeva bildirib ki, istər qətl, istərsə də intihar olsun – bu yaşda bir şəxsin ölümü bütöv bir cəmiyyətin problemidir:
"Hər nə olur olsun, bu yaşda şəxsin ölümünə görə bütün cəmiyyət məsuliyyət daşıyır. Çünki ölən məsum bir gəncdir."
O, hüquq-mühafizə orqanlarına inandığını da xüsusi vurğulayıb:
"Azərbaycanın hüquq-mühafizə orqanlarının bu ağır cinayətin üstünü açacağına əminəm. Günahkar gec-tez cəzasını alacaq, amma Elgün həyata qayıtmayacaq."
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1174 Tarix: 25 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qonşu davası qanlı bitdi
Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda keçmiş məhəllə muxtarı Selahattin Şahin silahlı hücum nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə səhər saatlarında Yahyalı rayonunun Kapuzbaşı məhəlləsində baş verib. Məlumata görə, 52 yaşlı keçmiş muxtar Selahattin Şahi
26 avqustİsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yolda
25 avqustBoşanma mərhələsində olan cütlüyün mübahisəsi gündəm oldu - VİDEO
İstanbulun Esenyurt rayonunda boşanma mərhələsində olan cütlük arasında uşaqların təhvil verilməsi zamanı mübahisə yaşanıb. Serra Biber adlı qadın hadisə zamanı həyat yoldaşının ona ağır təhqirlər etdiyini iddia edərək görüntüləri sosial mediada paylaşıb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni
19 avqustXalq artisti ağır avtoqəzaya düşdü: Vəziyyəti ağırdır
Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır avtoqəzaya düşüb. xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb. Xalq artisti Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib, əməliyyat tələb olunur. Onun vəziyyətinin ağır olduğu bildirilir
22 avqustKişi, qadın paltarı geyinib evlərə oğurluğa girdi - VİDEO
İstanbulun Sultangazi rayonunda qadın paltarı geyinərək 4 mərtəbəli binaya daxil olan kişi şübhəlinin ikinci mərtəbədəki boş mənzildən 4 bilərzik, 2 qram qızıl və nağd pul oğurladığı bildirilir. Binadan çıxarkən kişi olduğu üzə çıxan şübhəli məhəllə sakinlərinin onu təqib etməsi ilə qaçmağa başlayıb
27 avqustSu anbarında kişi meyiti tapıldı
Türkiyənin Diyarbəkir vilayətinin Çınar rayonunda yerləşən Göksu Su Anbarında kişi meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, dünən su anbarında bir şəxsin suda hərəkətsiz vəziyyətdə olduğunu görən vətəndaşlar dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Məlumatın ardından əraziy
18 avqustXəstəxananın bağçasında 2 gün yatan yeniyetmə vəfat edib - VİDEO
İstanbulun Esenyurt rayonunda yolu keçmək istəyərkən motosikletin vurduğu Suriya vətəndaşı Beşşar Al Tawıl qəza nəticəsində yaralanıb. Xəstəxanada ilkin müalicədən sonra evə buraxılan şəxsi yaxınları iki gün sonra xəstəxananın həyətində huşsuz vəziyyətdə tapıb. Başqa xəstəxanaya yerləşdirilən Al Tawı
19 avqustMüdirin tapşırığını yerinə yetirməyən qadına verdiyi cəza görənləri şok etdi
Çinin Hançjou şəhərində iş hədəflərini yerinə yetirməyən gənc qadına rəhbəri tərəfindən 200 dəfə squat etmək cəzası verildiyi, bundan sonra isə onun ciddi sağlamlıq problemi yaşadığı bildirilib. Bədənində güclü ağrı və şişkinlik yaranan qadın bir neçə gün sonra xəstəxanaya müraciət edib və ona rabdomiyoli
27 avqust