"Laçında hava limanının açılması həm də bölgədə iqtisadi fəallığın artırılmasına təkan verəcək" - DEPUTAT

"Laçında hava limanının açılması həm də bölgədə iqtisadi fəallığın artırılmasına təkan verəcək" - DEPUTAT"Laçın rayonu Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən strateji əhəmiyyətə malik bir ərazidir. 2020-ci ildə Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat nəticəsində Laçın rayonu Azərbaycana hərbi əməliyyatlarsız qaytarıldı. Ali Baş Komandan İlham Əliyev tərəfindən qısa müddətdə regionda nəqliyyat, təhlükəsizlik və müdafiə infrastrukturun yenidən qurulması istiqamətində böyük işlər görüldü. Bu kontekstdə, Laçında beynəlxalq hava limanının açılması işğaldan azad olunmuş ərazilərdə nəqliyyat infrasturukturunun diversifikasiyası baxımından böyük əhəmiyyət kəsb edir. Laçında beynəlxalq hava limanının açılması yalnız regional deyil, həm də ölkə səviyyəsində nəqliyyat qovşaqlarının genişlənməsinə təkan verəcəkdir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Laçında hava limanının açılması həm də bölgədə iqtisadi fəallığın artırılmasına təkan verəcək:

"Bu, turizm, ticarət və investisiyalar üçün əlverişli şərait yarada bilər. Xarici investorlar və şirkətlər bölgəyə daha rahat səfər edə bilər, bu da yeni iş yerlərinin yaradılmasına və rayon iqtisadiyyatının canlanmasına gətirib çıxara bilər.
Qarabağ və Şərqi Zəngəzurun təbii gözəllikləri və tarixi-mədəni abidələri turistlər üçün cəlbedici potensiala malikdir. Hava limanı turistlərin bölgəyə rahat və sürətli çatmasını təmin edərək turizm sektorunun inkişafına xidmət edər. Hava limanı Qarabağ və qonşu regionlar arasında kommunikasiya əlaqələrini gücləndirəcəkdir. Bu da sosial və mədəni mübadilənin artmasına da şərait yaradacaqdır.
Bu, həmçinin, milli təhlükəsizlik və nəqliyyat infrastrukturunun modernləşdirilməsinin nəticəsidir. Hava limanı Azərbaycanın bu strateji bölgəsində hərbi potensialın gücləndirilməsi vasitəsi kimi milli təhlükəsizliyə dəstək verə bilər.
Laçın işğal dövründə uzun müddət dağıntılarla üzləşmişdir. Bu baxımdan hava limanının tikilməsi, geniş infrastruktur işləri ciddi maliyyə vəsaiti tələb edirdi. Yol, su, elektrik, rabitə və digər mühüm xidmətlərin təminatı olmadan belə böyük layihənin həyata keçirilməsi mümkün deyildi. Azərbaycan işğal azad olunmuş ərazilərini özü dinçəldir, ərazilərdə 2021-ci ildən bəri geniş miqyaslı quruculuq və bərpa işlərinin görülməsinə start verilmişdir.
Prezident İlham Əliyev Macarıstanda keçirilən TDT dövlətlərinin qeyri-rəsmi Zirvə görüşü zamanı bildirmişdi ki, ölkəmizdə 9 hava limanı var, onlardan qısa müddət ərzində 3-cü işğaldan azad olunmuş ərazilərdə tikilib. Bu da Azərbaycanın işğaldan qurtardığı əraziləri dirçəltməklə bağlı böyük istəyi və əzmkarlığını göstərir. Ölkə başçısınən tapşırıqları əsasında böyük coşqu və həvəslə "Böyük qayıdış" davam edir, keçmiş məcburi köçkün və qaçqınlar öz doğma torpaqlarına geri dönür. Laçında beynəlxalq hava limanının açılması, ilk növbədə, bölgənin reabilitasiyasına və yenidən qurulmasına təkan verəcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2162   Tarix: 30 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

15 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr