"Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri regional geosiyasi və geoiqtisadi reallıqların dönüş nöqtəsini ehtiva edir" - AÇIQLAMA

"Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri regional geosiyasi və geoiqtisadi reallıqların dönüş nöqtəsini ehtiva edir" - AÇIQLAMA"Zəngəzur dəhlizi Azərbaycan üçün Naxçıvanla quru əlaqəsi olmaqla yanaşı, həm də Türkiyə üzərindən türk dünyasına uzanan yeni inteqrasiya xəttidir" - bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib.

Prezidentin sözlərinə görtə, qısa müddətdə bu keçidin açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək:

"Biz qonşumuz İrandan bölgəmizdə sülhə, əmin- amanlığa və inkişafa xidmət edəcək bu addımları dəstəkləməsini gözləyirik. Biz istəyirik ki, bu mühitdən hamı faydalansın. Atılan hər addım, açılan hər qapı və dəhliz iqtisadi qazanc gətirəcək, ölkələri zamanla yaxınlaşdıracaq".

"Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri regional geosiyasi və geoiqtisadi reallıqların dönüş nöqtəsini ehtiva edir" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri regional geosiyasi və geoiqtisadi reallıqların dönüş nöqtəsini ehtiva edir. Bu dəhli sadəcə Naxçıvanla Azərbaycanın quru bağlantısını təmin etməklə qalmır, eyni zamanda türk dünyasını vahid siyasi və iqtisadi xətt üzərində birləşdirmək üçün strateji arteriyaya çevrilir. Ərdoğan bu layihəni təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün sülh, sabitlik və rifah platforması kimi təqdim edir. İranın bu prosesə münasibəti və mövqeyi isə həm bölgənin gələcək inteqrasiyası, həm də sabitliyinin taleyini müəyyənləşdirəcək əsas faktorlardandır. Türkiyə lideri haqlı olaraq bildirir ki, açılan hər bir dəhliz, hər bir yol yalnız iqtisadi deyil, həm də siyasi yaxınlaşmanın yolunu açır. Bu, nəqliyyat dəhlizi kimi görünsə də, əslində strateji geosiyasi dəhlizdir. Ermənistan üçün də bu dəhliz yeni iqtisadi nəfəs ola bilər, əgər revanşist düşüncədən imtina edilərsə. Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki tikinti və yenidənqurma işlərinin siyasi əhəmiyyəti də məhz bu kontekstdə aydın olur. Çünki Qarabağdakı sabitlik, Zəngəzurdan keçəcək sabit yolun zəmanətidir. Ərdoğanın mesajı həm də odur ki, bu yolun açarı sülh və əməkdaşlıqdır, qarşısı isə yalnız keçmişin kölgəsində yaşayanlar tərəfindən alınır. Dəhliz həm də Avrasiya miqyasında Türkiyənin oyun qurucu güc kimi mövqeyini gücləndirəcək. Azərbaycanın isə bu prosesdə təşəbbüskar və qərarlı duruşu, milli maraqların uğurlu qorunması nümunəsi kimi tarixə yazılır. Zəngəzur dəhlizi türk inteqrasiyasının konkret, fiziki formasıdır. Bu dəhlizlə tarixi ədalət bərpa olunur, coğrafi parçalanma aradan qalxır. Nəhayət, Ərdoğan regiona bir daha xatırladır ki, gələcəyin adı əməkdaşlıq, formulu isə birgə qazanmaqdır"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2563   Tarix: 30 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

15 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr