Şəmkirdə kişi qızının toyundan sonra arvadının burnunu sındırdı
Şəmkirdə kişi qızının toyundan qayıdıb arvadını döyüb.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə toya yığılan pula görə olub. Şəmkir rayonunun Kür qəsəbə sakini, 1975-ci il təvəllüdlü Babək Sarıyev qızına toy edib.
Toy məclisi başa çatandan sonra o, həyat yoldaşı Rəsmiyyə və baldızı Pərvanə ilə evə qayıdıblar. Kişi həyat yoldaşından toya yığılan pulun siyahısını istəyəndə baldızı Pərvanə onunla mübahisə edib və Rəsmiyyəyə tapşırıb ki, pulu ərinə verməsin. Babək isə ona işlərinə qarışmamağı tapşırıb. Nəticədə mübahisə yaranıb və Babək baldızını evindən qovub. Bu vaxt Rəsmiyyə bacısı Pərvanə ilə birləşib ərinə hücum edib. Babək Sarıyev onlara müqavimət göstərərkən həyat yoldaşını yumruqla vurub. Hadisə nəticəsində Rəsmiyyənin burnu sınıb, bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb.
Cinayət işinin istintaqı yekunlaşaraq iş məhkəməyə göndərilib.
Şəmkir Rayon Məhkəməsi tərəflər arasında barışıq əldə edildiyi üçün B.Sarıyevi məsuliyyətdən azad edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1491 Tarix: 03 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabr