Ağzında siqaretlə açdığı tankerin qapağı bomba kimi partladı: İşçi ağır yaralandı - VİDEO
Qaziantep, Nizip rayonu – Nizip Sənaye Zonasında yerləşən ayçiçək yağı fabrikinə məxsus tankerin qapağını açmağa çalışan işçi faciəvi qəza ilə üzləşib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ağzında siqaret olan işçi qapağı açdığı anda baş verən partlayış nəticəsində ağır yaralanıb. Hadisə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Hadisə dünən səhər saatlarında "Asnobel" adlı ayçiçək yağı istehsalı müəssisəsində baş verib. İddiaya görə, 27 yaşlı Bekir A. təmizləmə işləri aparmaq üçün özünə məxsus tankerin qapaqlarını açmağa başlayıb. Son qapağı ağzında siqaretlə açan işçi ani partlayışla qarşılaşıb.
Tankerin qapağı sanki bomba kimi partlayaraq işçini havaya sovurub. Partlayışın gücü nəticəsində Bekir A. yerə sərt şəkildə düşərək ağır xəsarətlər alıb.
Yanıq və düşmə nəticəsində ciddi zədələnən işçi ilkin olaraq Nizip Dövlət Xəstəxanasına aparılıb. Vəziyyətinin ağırlaşması səbəbindən daha sonra Qaziantep Şəhər Xəstəxanasına təxliyə olunub.
Hazırda işçinin vəziyyətinin kritik olduğu bildirilir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1480 Tarix: 04 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gəncəyə dördüncü raket hücumundan altı il ötür
10 oktyabr 2020-ci ildə imzalanan atəşkəsdən sonra, yerli vaxtla 2:00-da Ermənistan silahlı qüvvələri Gəncəyə dördüncü dəfə raket atıb. Hücumla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda şəhərin Ermənistanın Berd rayonunda yerləşən silahlı qüvvələri tərəfindən "Skad" tipli ballisti
11 oktyabrBakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
Bakıda biri azyaşlı olmaqla iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın məlumatına görə, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində baş verib. Hadisədən dərhal sonra ərazidə xidmət aparan yol polisi əməkdaşlar
8 oktyabrBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
4 oktyabrTovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində yaşayış evində yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğı
3 oktyabr