"Azərbaycanın enerji diplomatiyası bundan sonra da milli maraqlara, regional sabitliyə və qlobal tərəfdaşlıqlara xidmət edəcəkdir" - DEPUTAT

"Azərbaycanın enerji diplomatiyası bundan sonra da milli maraqlara, regional sabitliyə və qlobal tərəfdaşlıqlara xidmət edəcəkdir" - DEPUTAT"İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin açılış mərasimi ölkəmizin enerji sahəsindəki strateji vizionunu, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfəni və Azərbaycanın mühüm enerji platformalarından biri kimi artan nüfuzunu bir daha nümayiş etdirdi" - bunu Sonxeber.az -a açıqlama verən deputat Günay Ağamalı deyib:

"Möhtərəm Cənab Prezident İlham Əliyevin bu mühüm tədbirdə iştirakı və çıxışı, ölkəmizin enerji sektorunda əldə etdiyi tarixi nailiyyətlərin, mövcud potensialın və gələcəyə yönəlmiş hədəflərin aydın ifadəsi oldu. Cənab Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan yalnız karbohidrogen ehtiyatlarının ixracçısı deyil, həm də qlobal enerji keçidində etibarlı tərəfdaş, yaşıl enerji gündəliyinə sadiq olan qabaqcıl dövlətdir.

Bakı Enerji Həftəsi həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və dayanıqlı enerji sistemləri üzrə strateji dialoqun formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu platformada təqdim olunan təşəbbüslər və planlar Azərbaycanın enerji siyasətinin uğurlu davamının bariz nümunəsidir. Bu mötəbər tədbir ölkəmizin enerji siyasətindəki uzaqgörənlik, sabitlik və inamlı liderliyin növbəti təntənəsi oldu.

Azərbaycanın enerji diplomatiyası bundan sonra da milli maraqlara, regional sabitliyə və qlobal tərəfdaşlıqlara xidmət edəcəkdir"


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2764   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

8 noyabr
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

8 noyabr
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

10 noyabr
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr
.

Azərbaycan və Türkiyə liderlərinin Şuşada görüşünə dair videoçarx

Prezident İlham Əliyevin sosial media hesablarında onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşada baş tutan görüşünə dair videoçarx paylaşılıb. həmin paylaşımı təqdim edir:

8 noyabr
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

8 noyabr
.

Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" - Foto

"Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti, əziz qardaşım İlham Əliyevlə birlikdə tarix, təbiət və mədəniyyət şəhəri olan gözəl Şuşada qeyd etməkdən məmnunluq duydum". xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında bildirib

8 noyabr