"Azərbaycanın enerji sahəsində əsas planlarından biri hasilatı daha da artırmaqdır" - DEPUTAT

"Azərbaycanın enerji sahəsində əsas planlarından biri hasilatı daha da artırmaqdır" - DEPUTAT"2 iyun 2025-ci il tarixdə Ölkə Başçısı cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən açılış mərasimində çıxış edərkən Azərbaycanın neft-qaz sənayesi sahəsində bir çox uğurlu layihələrə imza atdığını və ölkəmizin neft strategiyasında çox böyük nailiyyətlər əldə etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bu nailiyyətlər hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə, yəni 1994-cü ildə ilk olaraq neft-qaz sərgisinin təşkil edilməsi ilə başlayaraq, daha sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə, bundan sonra isə "Əsrin müqaviləsi"nin imzalanması ilə davam etmişdir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycanın çətin iqtisadi böhran yaşadığı bir dövrdə ölkənin sosial-iqtisadi durmunun düzəldilməsini məhz enerji sahəsinin inkişaf etdirilməsində görən Ümummilli Lider Heydər Əliyev bu istiqamətdə beynəlxalq əməkdaşlıqlar qurmağa, dünyanın bir çox ölkələri ilə müqavilələr imzalamağa üstünlük vermişdir:

"O zamanlar Azərbaycan bəzi xarici investorlar üçün riskli ölkə hesab olunsa da, Ulu Öndər ölkənin və xalqın ağır iqtisadi vəziyyətdən qurtulmasının çıxış yolunu enerji sahəsinin inkişaf etdirilməsində və bununla bağlı bir sıra layihələrə imza atmaqda görürdü.

Həmin siyasi kursun davamçısı olan Prezident İlham Əliyev də bu gün enerji sahəsində bir çox nəhəng layihələrin imzalanması və həyata keçirilməsi istiqamətində mühün tədbirlər görmüş, bu sahədə ölkəmizin böyük uğurlar qazanmasına çalışmışdır.

Bu gün ölkəmiz həyata keçirdiyi genişmiqyaslı islahatlar səyasində sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malikdir. Azərbaycanın ÜDM-də neft və qaz üzrə payı təqribən 30 faizdən artıqdır. Hətta ölkəmizin xarici borcunun səviyyəsi ÜDM-in 7 faizindən aşağıdır, maliyyə ehtiyatları isə borcunu 14 dəfə üstələyir. Hazırda ölkədə bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir. Bütün bu müsbət göstəricilər təbii ki, Azərbaycanın iqtisadiyyatını düzgün və səmərəli inkişaf etdirməsinin nəticəsidir.

Enerji sahəsində ölkəmizin ən uğurlu addımlarından biri öz tərəfdaşları ilə birlikdə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən strateji boru kəmərlərinin inşa edilməsidir. Bu gün Azərbaycan Avrasiyanın vacib nəqliyyat qovşaqlarından biridir. Bu dövlətimizin infrastruktur layihələrinə çox böyük sərmayə yatırmasından irəli gəlir. Hətta Azərbaycanın enerji layihələri sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilmişdir. Bu uğurlu addımların ən önəmlisi Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizidir.

Ölkəmizin enerji sahəsinə bu cür diqqət göstərməsi və kifayət qədər səramayə yatırması əlbəttə ki, həm Azərbaycanın, həm də bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.

Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və eləcə də ixrac ediləcək ölkələrin sayının artırılması üçü bəzi dövlətlərlə də danışıqlar və sərmayə qoyuluşu mərhələsindədir. Bu baxımından Azərbaycan artıq qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir.

Azərbaycanın enerji sahəsində əsas planlarından biri hasilatı daha da artırmaqdır. Ötən il ölkənin təbii qaz ixracı 25 milyard kubmetr olmuşdur və 2030-cu ilədək qaz ixracını daha 8 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Eyni zamanda dövlətimiz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacaqdır ki, bu da ölkənin ümumi enerji istehsalının 35 faizdən çoxunu təşkil edəcək.

Azərbaycan xarici investorlarla bərabər yaşıl enerjiyə də sərmayə qoyulmasında maraqlıdır və bu istiqamətdə də nailiyyətlər əldə edir. Ölkənin yaşıl enerji potensialı sayəsində Azərbaycanın elektrik enerjisinə artan tələbatı xüsusilə bərpaolunan enerji hesabına təmin ediləcəkdir. Azərbaycanın yaşıl enerji ilə barabər təbii qazın hasilatının həcmini artırmaqda məqsədi, təbii qaza ehtiyacı olan ölkələrdir ki, dövlətimiz bu tələbatı ödəməyi düşünür. Eyni zamanda, ölkəmiz tərəfdaşları ilə birlikdə yaşıl enerji layihələrinə də yatırım edir.

Ötən il ölkəmizdə keçirilmiş "COP29"un "Bakı sıçrayışı" adlandırılması Azərbaycanın bir çox hədəflərə nail olması ilə bağlıdır. Xüsusilə İtki və Zərər Fondu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılması ölkəmizin nailiyyəti kimi qiymətləndirlir. Həmçinin 10 il davam edən müzakirələrdən sonra karbon bazarının da işlək vəziyyətə gətirilməsi Azərbaycanın uğurlu addımlarından hesab olunur. Azərbaycanın COP29-la bağlı başqa bir hədəfi də Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi ki, ölkəmiz buna nail ola bilmişdir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2214   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

15 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr