Qoruma altına alınan uşağı geri verilmədiyin üçün boğazına bıçaq dayadı, evini yandırdı
Konya şəhərinin Meram rayonuna bağlı Sahibiata məhəlləsində yerləşən bir binanın ikinci mərtəbəsində həyat yoldaşından ayrı yaşayan Abdullah G., bir müddət əvvəl dövlətin qorumasına alınan 8 yaşlı övladının geri verilməməsinə etiraz edib. Abdullah G., boğazına bıçaq dayayaraq öz evini də yandırıb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə barədə məlumat verildikdən sonra əraziyə polis, yanğınsöndürmə və təcili tibbi yardım qrupları göndərilib. Polis əməkdaşları gələndə Abdullah G. qapını açmayaraq özünü öldürəcəyini bildirib.
Abdullah G.-nin sakitləşdirilməsi üçün ayrı yaşadığı həyat yoldaşı hadisə yerinə çağırılıb. Ancaq həyat yoldaşının bütün səylərinə baxmayaraq Abdullah G. sakitləşdirilə bilməyib.
Partlayış səsinin də eşidildiyi evdəki yanğın, yanğınsöndürənlərin pəncərədən müdaxiləsi ilə söndürülüb, hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri cəlb olunub. Binada yaşayanlar isə təxliyə edilib. Xüsusi təyinatlı polis qüvvələrinin gəldiyini görən Abdullah G. bu dəfə binanın damına çıxıb.
Abdullah G. ətrafdakılara kərpic atarkən, onun bir anlıq diqqətsizliyindən istifadə edən polis qüvvələri müdaxilə edərək onu zərərsizləşdiriblər.
Bədəninin müxtəlif hissələrində kəsiklər yaranan Abdullah G., təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Onun müalicədən sonra nəzarətə alınacağı və barəsində hüquqi araşdırmaya başlanacağı bildirilib.
Abdullah G.-nin yandırdığı evə bir neçə ay əvvəl köçdüyü məlum olub. Hadisə ilə bağlı araşdırma davam edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Dünyanın ən qısa uçuşudur - Cəmi 53 saniyə çəkir - Fotolar
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır
BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video
Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi