Azərbaycanın dayanıqlı inkişaf strategiyası və regional islahatlar - RƏY

Azərbaycanın dayanıqlı inkişaf strategiyası və regional islahatlar - RƏYRegionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqamətində mövcud siyasət, ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından birini təşkil edir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü proqramlar və layihələr regionların potensial imkanlarını üzə çıxarmağa, iqtisadi və sosial tarazlığı təmin etməyə xidmət edir. Bu siyasət çərçivəsində həm infrastruktur, həm də sosial sahələrdə böyük irəliləyişlər əldə olunub və bu proses davam etməkdədir.

Mövzu ilə bağlı Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

Azərbaycanın dayanıqlı inkişaf strategiyası və regional islahatlar - RƏYO, bildirib ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə Milli Məclis üzərinə düşən qanunverici təşəbbüsləri ardıcıl şəkildə həyata keçirir:

"Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul edilmiş və uğurla icra olunan "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları" çərçivəsində yüzlərlə infrastruktur layihəsi reallaşdırılıb, yollar, elektrik və qaz xətləri çəkilib, məktəb və tibb müəssisələri istifadəyə verilib, yeni sənaye məhəllələri və aqroparklar yaradılıb.

Parlament olaraq biz bu prosesin hüquqi və iqtisadi əsaslarını möhkəmləndirmək üçün yeni təşviq mexanizmlərinin yaradılması və yeni stimullaşdırıcı qərarların inkişaf etdirilməsi üçün mütəmadi olaraq fikir mübadiləsi aparırıq və qərarlar qəbul edirik. Bu istiqamətdə regionlarda sahibkarlığın inkişafına dəstək olmaq məqsədilə sadələşdirilmiş vergi güzəştlərinin tətbiqi , kənd təsərrüfatına və emal sənayesini daha əlçatan edən, bu sahəyə marağın artırılması istiqamətində qanunvericilik təşəbbüslərini dəstəkləyirik.

Ölkəmizin regional inkişaf strategiyası dövlət siyasətinin əsas prioritetlərindən biri olmaqla, əhalinin rifah halının yüksəldilməsinə yönəlib və bu sahədə həyata keçirilən bütün tədbirlər milli maraqlara tam bağlıdır və uzunmüddətli strateji hədəflərə xidmət edir".

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq İlyas Hüseynov isə qeyd etdi ki, regionların sosial-iqtisadi inkişafı proqramı Cənab Prezident İlham Əliyev tərəfindən təsdiqlənir və qarşıdakı illərdə regionun hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın dayanıqlı inkişaf strategiyası və regional islahatlar - RƏY"Bu proqramda regionun cari problemləri, spesifik xüsusiyyətləri, eləcə də uzun illər mövcud olmayan infrastrukturun yaradılması məsələləri xüsusi diqqətdə saxlanılır. Lakin son 5 ildə regionların sosial-iqtisadi inkişafı tamamilə yeni bir mərhələyə qədəm qoyub və bu, Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin regional siyasətdəki tarixi uğurları ilə birbaşa bağlıdır. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi bölgələrimizin inkişafı baxımından yeni bir mərhələnin başlanğıcı oldu. Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazilərində həm minalardan təmizləmə işləri aparılır, həm də mühüm infrastruktur layihələri həyata keçirilir. Yeni inzibati və yaşayış binaları inşa olunur və əlbəttə ki, keçmiş məcburi köçkünlərimiz doğma yurdlarına qayıdırlar. Bu proseslər bir-biri ilə sıx bağlı və mürəkkəbdir. Azərbaycan dövləti burada öz gücünə və iqtisadi potensialına arxalanır və elə məhz iqtisadi gücümüz sayəsində torpaqlarımızın işğaldan azad olunmasına nail olduq. Hazırkı reallıqlarda nəinki Qarabağın və Şərqi Zəngəzurun, bütövlükdə ölkəmizin dayanıqlı və hərtərəfli inkişafını təmin etmək üçün mühüm tədbirlər həyata keçirilir və bu tədbirlər regional və qlobal çağırışlar fonunda reallaşdırılır. Hesab edirəm ki, burada vacib siyasət mexanizmləri tətbiq olunur, eyni zamanda dərin islahatlar həyata keçirilir. Struktur, insan və kadr islahatları da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, yaxın illərdə qarşıya qoyulan bütün məqsədlərə nail ola biləcəyik".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtiasdi inkişafının təşviq edilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Azərbaycanın dayanıqlı inkişaf strategiyası və regional islahatlar - RƏY


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2958   Tarix: 05 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

15 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr