Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası

Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyasıMüasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı.
Tarixə nəzər saldıqda görərik ki, Azərbaycanın müstəqilliyinə təhlükə olan məqamlar çox olsa da, 1993-cü ilin Gəncə hadisələri daha mürəkkəb xarakteri ilə seçilir. Surət Hüseynovun qiyamçı dəstələri mövcud AXC-Müsavat iqtidarını devirmək üçün Bakıya üz tutdular. Həmin vaxt Naxçıvan MR Ali Məclisinin Sədri olan Ümummilli lider Heydər Əliyev zəngin təcrübəsinə əsaslanaraq bu məqamı çox yaxşı dərk edirdi ki, paytaxt Bakıda yaranan xaosun, anarxiyanın, özbaşınalıqların davamı kimi Gəncədə baş verənlər Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi.
Həmin dövrdə Ulu Öndər 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini ifadə edərək bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ona ünvanlanan müraciətə cavabında müstəqilliyimizi tarixi nailiyyətimiz kimi önə çəkərək onun qorunmasını hər kəsin qarşısına vətəndaşlıq borcu kimi qoymuşdur. İyun ayının 4-də Gəncə şəhərində başlanan və davam edən hadisələrin narahatlıq doğurduğunu bildirən Ümummilli Lider bildirmişdi ki, şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb.
Cəmi bir il hakimiyyətdə olan qara qüvvələrin iqtidarda olduğu dövr Azərbaycanın yeni tarixinin ən faciəli illəri idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə yadda qaldı. 1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda xalq xilas yolunu axtardı.
Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ulu Öndər xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Vətəndaş qarşıdurmasının dayandırılması, dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin xilası bu tarixdən başlandı. İyunun 13-14-də ziyalılardan, ağsaqqallardan ibarət qrupla Gəncəyə gedən Ümummilli Lider Heydər Əliyev Surət Hüseynovla, sadə vətəndaşlarla, hərbçilərlə görüşərək siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi. Zərərçəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu. Görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verdi.
Həmin gün deputatların yekdil səsverməsi ilə Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu. Tarixə Milli Qurtuluş Günü kimi yazılan 15 iyundan başlanan yol 2020-ci ildə xalqımıza Zəfər sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər Heydər Əliyevin söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" tezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. İmzalar arasınqda imzaları ilə seçilən müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri olaraq daim inkişaf edir, davamlı uğurlara imza atır.
Son 22 ildə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına nail olmaq idi. Şükürlər olsun Müzəffər Ali Baş Komandanımız bu məqsədiə nail oldu. Şübhəsiz, Azərbaycan bundan sonra daha da inkişaf edəcək, regionda və dünyada liderliyini qoruyacaq.

​​ İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 914   Tarix: 09 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür. xatırladır ki, həmin ilin oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:. "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd

15 oktyabr
.

Azad Füzuli sürətlə bərpa edilir

30 ilə yaxın müddətdə torpaqlarının 20 faizi təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalan Azərbaycan, nəhayət ki, düşmənə öz yerini göstərdi. Hələ şanlı zəfər yürüşünədək Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şərait

15 oktyabr
.

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir

15 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14 oktyabr
.

İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, 2020-ci ilin iyul və avqust aylarında Ermənistanın hərbi təxribatlar törətdiyini və nəticədə azərbaycanlı hərbçilərin həlak olduqların

15 oktyabr
.

Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı deyib. Dövlətimizin başçısı qey

15 oktyabr