15 İyun – Xalqımızın Milli Qurtuluş Günü
Azərbaycan müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamasında qurtuluş tarixinin böyük əhəmiyyəti var. Bu tarix Ümummilli lider Heydər Əliyevin vətənə, millətə, xalqına olan sevgisinin təzahürüdür.
Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, bu müstəqilliyə mane olmağa çalışan müxtəlif dairələr, qüvvələr mövcud idi. Bu yenicə müstəqilliyi əldə etmiş Azərbaycan üçün böyük təhlukə idi. Bu təhlükəni yaradanlar həm ölkə daxilində, həm də ölkədən xaricdə yerləşən, Azərbaycanı daim işğal etməyə can atan qüvvələrdir. Ermənistan qonşu ölkə olsa da, daim Azərbaycana təcavüz etmiş, işğal etməyə çalışmışdır. Həmin dövrlərdə ölkəmizin müstəqilliyini itirməsi üçün təhlükəli şərait yaranmışdır. Eyni zamanda ölkə daxilində baş verən hərc-mərclik, siyasi dairələrdə daxili çəkişmələr yaranmış vəziyyəti daha da təhlukəli hala gətirmişdir. Belə ki, ölkə daxilində vətəndaş müharibəsinin baş tutmasına zəmin yaratmışdır.
Ölkəmizin siyasi dairələrində AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Həmin dövrdə artıq Ermənistan ölkəmizin bəzi ərazilərini işğal etmiş, xalqımızı yurdundan etmiş və zülmə məruz qoymuşdur. Dövlət rəhbərləri bu işğalın qarşısını almaqda nəinki aciz qalmış, əksinə daha çox parçalanmasına şərait yaratmışdırlar.
Azərbaycan tarixində 1991-1993-cü illər ölkəmizin öz mövcudluğunu, müstəqilliyini qoruması uğrunda əsil mübarizə dövrü olmuşdur. Belə ki, dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillərölkəmizdə yaşanmışdır. Beləliklə, yaranmış vəziyyətdən tək çıxış yolu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi idi. Bunun reallaşmasını istəyən məhz Azərbaycan xalqı idi. Bütün bu baş verənlərin, xalqın istəyinin qarşısında dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Beləliklə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və siyasi dairələrin dəvəti ilə Bakıya gəldi.Ulu Öndərin Bakıya gəlişi dövlətimizi, ölkəmizin, varlığı, müstəqilliyi, xalqımızın həyatı üçün sözün əsil mənasında qurtuluş oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan edilməsi ilə bağlı qərar vermişdir. Bu tarix öz əhəmiyyətinə, tarixiliyinə görə xalqımız və dövlətimiz üçün əhəmiyyətli bir gündür.
Heydər Əliyev ölkənin ictimai-siyasi, iqtisadi həyatında öz uzaqgörənliyi, bacarığı, savadı, dünyagörüşü və ən əsası vətənə olan sevgisi ilə dönüş nöqtəsi yaratdı və dövlətin mövcudluğunda, inkişafında köklü dəyişikliklərə imza atmış oldu. Belə ki, Heydər Əliyev Bakıya gəlməklə ölkəmizdə baş verən qarışıqlıqların, xaosun, parçalanmanın qarşısını almaq üçün mühüm addımlar atdı. Ümummilli lider dəqiq atılmış addımlarla, verdiyi qəti qərarları ilə siyasi sabitliyin bərpasın, ölkədə baş verə biləcək vətəndaş müharibəsinin qarşını almağa nail oldu.Təbii ki, bütün bunları öz canı bahasına vətəninə olan sədaqətinin, xalqına, millətinə olan sevgisinin təcəssümüdür.
Dahi lider Heydər Əliyev Ermənistanın ölkəmizə olan təcavüzün qarşısını almağa da nail olmuş şəxsiyyətdir. Və nəticədə 1994-cü ildə iki ölkə arasında atəşkəs elan edilmişdir. Bu, ölkənin varlığını qoruması, inkişafı üçün əldə edilmiş mühüm nailiyyətlərdən biridir.
Beləliklə, Ulu Öndərin 1993-2003-cü illərdə hakimiyyəti dövründə ölkəmizin inkişafı üçün müxtəlif sahələrdə mühüm addımlar atılmışdır. Heydər Əliyevin tək amalı ölkənin müstəqilliyini qorumaq və işğalda olan torpaqları azad edərək suverenliyimizi bərpa etməkdir.
Bu gün Heydər Əliyevin bünövrəsini qoyduğu Azərbaycanın inkişafı, tanınması, dünyada söz sahibinə malik olması Prezident İlham Əliyevin səyləri ilə daha da sürətlənmiş, hətta uğurlu siyasi qərarlar nəticəsində İkinci Qarabağ Müharibəsi nəticəsində işğalda olan torpaqlarımız azad olunmuş, ərazi bütövlüyümüz təmin edilmiş və bu gün ölkəmizin bütün bölgələrində Azərbaycan bayrağı qürurla dalğalandırılır.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi