İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov dövlətimizin başçısına yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb.

Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdırlar.

Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur. Eyni zamanda, Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılıb. Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub.

Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşə yaradılıb, kafe inşa olunub.

Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var.

Dövlətimizin başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi-mədəni əşyalardan ibarət muzeyə baxıb. Burada eramızdan əvvəl birinci minillikdən XX əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixini əhatə edən eksponatlar sərgilənir.

Qeyd edək ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən irimiqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin müasir səviyyədə təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir. Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olunması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük-biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradıb.

İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edibİlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 913   Tarix: 10 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevdən iki diplomatla bağlı SƏRƏNCAMLAR

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Xəzər Nadir oğl

7 avqust
.

Azərbaycan 2 ölkə ilə maliyyə sektorunda əməkdaşlıq edə bilər

Azərbaycan Serbiya və Gürcüstanla maliyyə sahəsində əməkdaşlıq edə bilər. "Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yarım illik hesabatında bildirilir. Sənədə əsasən, bu ilin I yarısında qurumda Serbiya və Gürcüstanın maliyyə nazirlikləri ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını

7 avqust
.

"Koreya yarımadasında əsas ehtiyac yeni silah nümayişi deyil, yeni diplomatik mexanizmlərin işə salınmasıdır" - BƏHRUZ QULİYEV

"ABŞ və Cənubi Koreyanın avqustun 17-dən 27-dək keçirəcəyi birgə hərbi təlimləri, eyni zamanda Şimali Koreyanın Yaponiya və ABŞ-Cənubi Koreya hərbi əməkdaşlığına qarşı sərt ritorikası Şərqi Asiyada təhlükəsizlik mənzərəsini yenidən gündəmə gətirib. Üstəlik, Pxenyanın təlimlər ərəfəsində ballisti

13 avqust
.

Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi əsasda təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəs

7 avqust
.

Nikol Paşinyan Azərbaycanı təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqtonda Sülh Bəyannaməsinin imzalanmasının və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasının 1-ci ildönümü münasibətilə təbrik mesajı göndərib. . -ın məlumatına görə, mesajda deyilir: . "Əziz xalqım, əziz Ermənistan Respublikasını

8 avqust
.

İlham Əliyev Naxçıvana 258 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrində

12 avqust
.

İlham Əliyev Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Almaniyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlətimizin başçısı səfirlə söhbət edib. Ötə

13 avqust
.

"AZCON Holdinq"ə yeni səlahiyyət verildi

"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonr

6 avqust
.

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin abidəsini ziyarət etdilər - Fotolar

Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım abidənin önünə gül dəstəsi qoyub, Ulu Öndəri

11 avqust