Süni şəkildə yaradılmış zülallarla eksperimentlər: Yeni pandemiya TƏHLÜKƏSİ
Amerikalı alimlər MERS-CoV virusuna yaxın olan bəzi koronavirusların SARS-CoV-2 ilə eyni reseptoru (ACE2) istifadə edə bildiyini açıqlayıblar və bunun potensial pandemiya təhlükəsi yaratdığını bildiriblər.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, rusiyalı viroloq, professor Nikolay Nikitin bu məsələyə münasibət bildirib və iddianı şişirdilmiş hesab edib.
Alimin sözlərinə görə, amerikalı mütəxəssislər laboratoriyada süni şəkildə yaradılmış virus zülalları ilə təcrübələr aparıblar.
"Müəlliflər məqalədə Amerika kəşf etməyiblər - yeni pandemiyaya səbəb ola biləcək koronaviruslar var. Lakin məhz həmin virusa əvvəlcədən yoluxmaq ehtimalı çox azdır. Bu nəticələr real şəraitə uyğun deyil, çünki virusların yayılması üçün təkcə hüceyrəyə daxilolma yetərli deyil. İnsan orqanizmi, xüsusilə immun sistemi virusun çoxalmasına mane ola bilər. Yeni pandemiyanın başlaması üçün çoxsaylı amillərin eyni anda təsir göstərməsi lazımdır", - deyə alim vurğulayıb.
Nikitin əlavə edib ki, MERS-CoV hələ də mövcuddur və yoluxma əsasən dəvə fermalarında müşahidə olunur. Lakin hazırda ölüm halları minimum səviyyəyə enib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 736 Tarix: 10 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrBelə pomidorları almayın
Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər
11 oktyabrƏti yenidən dondurmaq olar?
Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın
11 oktyabr