Susuzluq şüur pozğunluğuna səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ
Susuzlaşma orqanizmin itirdiyindən daha az maye qəbul etməsi nəticəsində yaranan və ciddi fəsadlara səbəb ola bilən bir haldır. Xüsusilə isti havalarda tərləmənin artması bu riski daha da yüksəldir. Bu səbəbdən yay aylarında bədənin maye balansına xüsusi diqqət yetirilməlidir.
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı endokrinoloq Gülnara Seyidova bu barədə xəbərdarlıq edib.
O, susuzlaşmanın əlamətləri və isti havada düzgün maye qəbulunun yolları barədə məlumat verib.
Mütəxəssis orqanizmdə maye çatışmazlığının ilk əlamətləri kimi ağız və selikli qişalarda quruluq, tünd və qatı sidik, sidik ifrazının azalması, baş ağrısı, yorğunluq, başgicəllənmə, əzələ qıcolmaları və zəiflik hissini qeyd edib. Daha ağır hallarda isə şüur pozğunluğu, arterial təzyiqin düşməsi və huşun itməsi mümkündür.
Seyidovanın sözlərinə görə, su mütləq tez-tez və az miqdarda qəbul edilməlidir. Elektrolitli içkilər (izotoniklər, rehidrasiya məhlulları) isə bədənə itirdiyi duz və mineralları bərpa etməkdə kömək edir. Alternativ olaraq hindqozu şirəsi, şorbalar və bulyonlar da faydalı ola bilər.
Həkim qeyd edib ki, susuzluq hiss etməsəniz belə, müntəzəm olaraq su içmək vacibdir. Eyni zamanda, kofeinli və alkoqollu içkilərdən uzaq durmaq, yüngül və açıq rəngli geyimlər geyinmək, həmçinin günün ən isti saatlarında günün altında çox qalmamaq tövsiyə olunur.
Əgər susuzlaşma əlamətləri artırsa və ya ağır vəziyyət yaranarsa, mütləq həkimə müraciət olunmalıdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 612 Tarix: 11 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrBu iki paltarı heç vaxt bir yerdə yumayın
Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala
10 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabrBakıda ən ucuz evlər bu ərazidədir
Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind
3 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabr