"Avropa İttifaqının Ermənistandakı missiyası nə qədər "sülh" donu geyinsə də, siyasi təxribat alətidir" - AÇIQLAMA
"Moskva Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Bakının haqlı narahatlığından xəbərdardır".
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinqdə bildirib.
"Hamıya yaxşı məlumdur ki, missiya adlandırılan qurumun əməkdaşlar nə ilə məşğuldurlar. Onlar Ermənistanın qonşu ölkələrinə qarşı casusluq edirlər. Əlbəttə ki, onlar İrəvan qarşısında hesabat, regionda heç bir sabitliyə töhfə vermirlər", - o bildirib.
"Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarovanın bu günkü açıqlaması, əslində, Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının əsl niyyətini ifşa edən nadir etiraflardan biridir" - bunu Sonxeber.az-a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Zaxarovanın dediyi kimi, bu missiyanın adında "sülh" olsa da, fəaliyyətində sabitliyə töhfə deyil, regionda daha dərin geosiyasi parçalanmalara rəvac verən xətt var. Əgər bu qurum doğrudan da sülh üçün çalışsaydı, niyə Laçın yolu boyunca Ermənistana silah daşıyan avtomobilləri "görmədi"? Niyə Azərbaycanın ərazi bütövlüyünə qarşı illərlə aparılmış təxribatları qeydə almadı?
Çünki məqsəd başqa idi.
Ermənistan — sülh istəyən yox, şərtləri diktə edən tərəf rolunu oynamağa çalışır
Ermənistanın bu missiyanı ölkəyə dəvət etməsi, əslində, Cənubi Qafqazı Qərblə Rusiya arasında manevr meydanına çevirmək planıdır. Paşinyan hakimiyyəti bir tərəfdən "sülh müqaviləsi"ndən danışır, digər tərəfdən Azərbaycanın ərazi bütövlüyünə qarşı sual doğuracaq addımlar atır: Qondarma "Dağlıq Qarabağ" termininin diplomatik ritorikada qayıdışı, Zəngəzur dəhlizinin bloklanması, Avropa İttifaqı missiyasının anti-Azərbaycan fəaliyyəti bu siyahıya daxildir.
Əslində, Ermənistan bu missiyanı bölgəyə gətirməklə öz torpaqlarını deyil, başqalarının torpaqları üzərindən informasiya və casusluq əməliyyatlarına meydan verib. Burada sülh deyil, revanşizm və Qərbə yarınma instinkti aparıcı motivdir.
Azərbaycan tərəfi bu missiyanın mahiyyətini ilk gündən düzgün analiz edib. Brüssel və İrəvan ssenarisinin regiona sülh deyil, yeni təhlükələr gətirəcəyini bilirdi. Azərbaycan diplomatiyasının bu məsələ ilə bağlı sərt mövqeyi, suverenlik prinsipinə sadiqliyi və heç bir xarici "müşahidəçi"yə öz təhlükəsizliyini əmanət etməməsi milli maraqlar baxımından tamamilə haqlıdır.
Avropa İttifaqının Ermənistandakı missiyası — nə qədər "sülh" donu geyinsə də, siyasi təxribat alətidir. Ermənistan isə bu oyunun könüllü piyada fiqurudur".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi